Ana səhifə :: Səyahət :: Türkiyə :: Istanbul
Yaranma tarixi:
Alış-veriş
İstanbul Türkiyədə alış-verişin mərkəzidir. Hərdən adama elə gəlir ki, İstanbul elə özü böyük bir bazardır. Burada bütün küçələr boyu hamı nə isə satır və hansısa servisi təklif edir. Binaların təkcə birinci mərtəbələri deyil, həmçinin zirzəmiləri və ikinci mərtəbələri də mağaza və ticari obyektlərdir. Üçüncü və daha yüksək mərtəbələr isə dil kursları, hüquq kontoru və ofislər kimi istifadə edilir. Bunlardan əlavə 4-5 mərtəbəli böyük ticarət mərkəzləri də var. Bu mərkəzlərdə adətən taninmış brend malları olur. Kiçik mağazalarda isə "noname", və ya az tanınan yerli istehsal malları olur. Ticarət mərkəzlərinin lap aşağı mərtəbəsində, yəni yerin altında (-1 mərtəbəsində) adətən Miqros şirkətinin marketi olur. Ondan da aşağıda isə (-2 mərtəbəsində) avtomobil dayanacaqları yerləşir. Lap üst mərtəbədə yeməkxanalar və kafelər olur. Sonunce mərtəbədə yan-yana McDonalds, Burger King, KFC ilə yanaşı Türkiyənin özünün Köfteci Ramiz tipli kafeləri də yerləşir.
Ən böyük bazar Kapalı Çarşı bazarıdır desəm yanılmaram. Bu bazar yerin altındadır və əsasən qızıl, gümüş və müxtəlif qiymətli daşlarla al-ver edən mağazaların yerləşdiyi bir yerdir. Mən maraq üçün bura düşdüm. Sonra anlayanda ki, bura mənim yerim deyil, çıxışı xeyli axtarmalı oldum. Daha bir də buraya dönmədim.
İstanbulda, hara baxsan, müxtəlif endirin şüarları görərsən. Əksər mağazalar "Sezon finalı indirimler", "Bitiriyoruz", " Bağlanıyoruz", "Bitirdik işte", "Ziyana satıyoruz" kimi standart şüarlar yazırlar. Bəziləri isə fantaziyaya güc verib aşağıdakı tipli daha orjinall şüarlarla müştəriləri cəlb etməyə çalışır.
Digər məqalələr
Muzeylər
İstanbulda olarkən Topkapı, Yerebatan Carnıcı, Sultanahmet Camii ve Ayasofya müzesini mütləq ziyarət edin.
İstanbul barəsində
Türkiyəyə turizm. Buradan Türkiyənin maraqlı və gəzməli yerləri barədə informasiya ala bilərsiniz.
Türkiyədə ictimai nəqliyyat
Türkiyədə ictimai nəqliyyat haqda. Türkiyədə avtobus, tramvay, metro və metrobus işləyir. Bir də şəxsi-ictimai nəqliyyat var.
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.