Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234
20242

Yaranma tarixi:

Valyuta

Shopping center

Türkiyədə valyuta Türk Lirəsidir (Yeni Türk Lirəsi). TRY ilə işarələnir. Lirənin yüzdən birinə quruş (türkcə kuruş) deyirlər. Bütün kağız pulların bir tərəfində Atatürkün şəkli, diğər tərəfində isə başqa bir tanınmış şəxsin (ictimai xadım, memar və ya alimin) şəkli olur. Pul vahidinin denominasiyasından sonra 1,000,000 lirə 1 Yeni Türk Lirəsi ilə əvəz edildi. Bəzən ola bilər ki, qiyməti köhnə pul ilə desinlər. Məsələn, 100 lirə əvəzinə sizə yüz milyon desələr bilin ki, “abi” köhnə pulla danışır. Sanki Lirə sözünü milyon sözüylə əvəz etməyi xoşlayırlar. Bu adətən bahalı şey alarkən olur. Ucuz malların qiymətini elə yeni lirə ilə deyirlər.

Pul dəyişmə məntəqələrinə Döviz deyirlər. Altında Change də yazırlar. Banklarda nə üçünsə pul dəyişmirdilər. Bəzi avropa dövlətlərində olduğu kimi burada pul dəyişməyə görə faiz(comission) alınmır. Mən orada olanda 1 Avro 2.4 Lirə idi, amma dövizlərdə ilk gündə 1 EUR=2.38 TRY kursu ilə dəyişdim. Sonrakı günlər isə kurs 1 EUR=2.365 TRY oldu. Mərkəzdə Kapalı Çarşı deyilən bazarın yanında kurs daha sərfəli idi (2.378). Bir çox mağazalarda elə alış kursu ilə, bəlkə daha sərfəli kursla, avro ilə də hesablaşa bilərsiniz.

Digər məqalələr

Muzeylər

İstanbulda olarkən Topkapı, Yerebatan Carnıcı, Sultanahmet Camii ve Ayasofya müzesini mütləq ziyarət edin.

Alış-veriş

İstanbul Türkiyənin ticarət aə böyük mərkəzidir. İstanbul böyük bir bazara bənzəyir.

İstanbul barəsində

Türkiyəyə turizm. Buradan Türkiyənin maraqlı və gəzməli yerləri barədə informasiya ala bilərsiniz.

Türkiyədə ictimai nəqliyyat

Türkiyədə ictimai nəqliyyat haqda. Türkiyədə avtobus, tramvay, metro və metrobus işləyir. Bir də şəxsi-ictimai nəqliyyat var.

Türk mətbəxi

Türkiyənin mətbəxi olduqca zəngin və məşhurdur. Bir neçə təamın mənasını açıqlayaq...

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.