Yaranma tarixi:
Məsələ
ədədlər
İsbat edin ki, üç qonşu tək ədəddən biri $3$-ə bölünür.
Həlli
Üç qonşu tək ədədi aşağıdakı kimi göstərmək olar:
$2n+1, 2n+3, 2n+5$
Bu cəmlərdə $2n$ ədədini araşdıraq. $3$-ə bölmə əməlində üç hal mümkündür.
- əgər $2n$ ədədi $3$-ə bölünərkən qalıqda $0$ qalarsa, deməli ədəd $3$-ə tam bölünür. Bu halda $2n+3$ ədədi də $3$-ə bölünəcək.
- əgər $2n$ ədədi $3$-ə bölünərkən qalıqda $1$ qalarsa $2n+5$ ədədi $3$-ə tam bölünəcək.
- əgər $2n$ ədədi $3$-ə bölünərkən qalıqda $2$ qalarsa $2n+1$ ədədi $3$-ə tam bölünəcək.
Deməli hər üç halda bu ədədlərdən biri $3$-ə tam bölünür.
Məsələlər
Əvvəlcə özünüz həll etməyə çalışın
Məsələ 2: Sadə ədədi hansı iki natural ədədin cəmi şəklində göstərmək olar?
a) iki cüt ədədin;
b) iki tək ədədin;
c) tək və cüt ədədin.
Digər məqalələr
Natural ədədlər
Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. 1, 2, 3, ... ədədlərinin hamısı natural ədədlərdir. Bu ədədləri müsbət tam ədədlər də adlandırırlar. Sıfır (0) isə natural ədəd deyil.
Sadə və mürəkkəb ədədlər
Yalnız 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. 1 özü sadə ədəd sayılmır. Sadə ədədlərin başqa adı əsli ədədlərdir. 1-dən böyük olub sadə olmayan ədədlərə mürəkkəb ədədlər deyilir.
Kəsr ədədlər
Kəsr ədədləri müqayisə etmək üçün onları ümumi məxrəcə gətirib surətlərini müqayisə etmək lazımdır. Hansı kəsrin surəti böyükdürsə, həmin kəsr böyükdür. Əgər məxrəcləri eyniləşdirmək daha çox hesablama tələb edirsə, surətləri bərabərləşdirməyə çalışın.
Mənfi ədədlər
3+5=8 olduğunu “alma” misalında başa salmaq asandır. Bəs (-3)+(-5)=(-8) və ya (-3)+5=2 olduğunu necə başa düşək və kiçik bacı-qardaşlarımıza necə başa salaq. Bu halda bizə almadan daha “güclü” misal lazımdır.
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.