Bu teq üzrə məqalələr: 'düz xətt'

Paralel xətlər
Müstəvi üzərində yerləşən xətlər ya bir nöqtədə kəsişir, ya da ümumiyyətlə kəsişmir. Müstəvidə kəsişməyən xətlərə paralel xətlər deyilir.

Perpendikulyar və mail
Əgər düz xətt xaricindəki nöqtədən bu düz xəttə doğru çəkilən xəttin onunla əmələ gətirdiyi bucaq düz bucaq olarsa, bu xətlər perpendikulyar xətlər adlanır. Əgər düz xətt xaricindəki nöqtədən bu düz xəttə doğru çəkilən xəttin onunla əmələ gətirdiyi bucaq düz bucaqdan fərqlidirsə, bu xəttə mail deyilir.

Bucaqlar
Müstəvidə bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Həmin nöqtəyə bucağın təpəsi, şüalara isə tərəfləri deyilir. Bucaqları dərəcə və ya radianla ölçürlər.

Nöqtə, düz xətt və müstəvi
Həndəsənin əsas fiqurları nöqtə, düz xətt və müstəvidir. Nöqtə heç bir hissəsi olmayan şeydir. Xətt – eni olmayan uzunluqdur. Müstəvi – yalnız eni və uzunluğu olan fiqurdur.

Müstəvidə nöqtə və düz xəttin qarşılıqlı vəziyyəti
Müstəvinin istənilən iki nöqtəsindən düz xətt çəkmək olar və bu düz xətt yeganədir. Bir düz xətt üzərində olmayan azı 3 nöqtə mövcuddur. Bir düz xətt üzərində olan 3 nöqtədən yalnız biri o biri 2 nöqtə arasındadır.
