Ana səhifə :: Səyahət :: Türkiyə :: Ankara
Yaranma tarixi:
Ankara taksiləri
Ankarada bütün taksilər taksometr ilə işləyir. Aeroportdan çıxarkən görürsən ki, taksilər eynən Bakıdakı kimi muncuq təki düzülüblər. Amma bizim aeroportda bir az irəli gedib dayanacaqda normal qiymətə taksi tapmaq olur. Burada isə hamı 100 lirə (o zamankı qiymət ilə təxminən 50 AZN) deyib durmuşdu. Üç il əvvəl gələrkən bir taksi xidmətində transfer sifariş etmişdim. Yadımdadır ki, 70 lirəyə məni Söyütözü məhəlləsinə apardı. İndi isə həmin şirkətdə də qiymət qalxmışdı. Nə isə, bir az irəliyə gedib avtobusların dayandığını gördük. Soruşub, bizə yaxın yerə gedən avtobusa mindik və adam başına 11 lirə gediş haqqı ödədik. Avtobuslar gəlib avtobus vağzalında saxlayır. Xöşbəxtlikdən bu bizim mehmanxanaya yaxın idi. Arada park olduğu üçün bir az fırlanmalı olduq.
Ümumiyyətlə Ankarada “xaltura” edən taksi görmədim. Camaatdan da soruşanda dedilər ki, əvvəllər var idi. İndi isə hamını taksometr qoymağa məcbur edirlər. Nə yazdı onu da ödəyirsən. Onu deyim ki “yaxşı” da yazır. Məsələn, Ambrosia Ticarət Mərkəzindən AnkaMall TM-ə sarı taksi 23 TL (Türk Lirəsi) yazdı. Qayıdarkən Armadanın önündə düşdük və 21 TL ödədik.
Aeroporta gedərkən isə daha avtobusla deyil, taksi ilə qayıtmalı olduq, və həmin 100 TL deyilən yol üçün 120 TL ödədik. Təsəvvür edin ki, o zaman üçün bu 60 AZN demək idi. Amma indiki kurs ilə 36 AZN edir. Məsafə isə heç də bizim Binə aeroportundan uzaq deyil. Bakıda taksi 20 AZN istəyəndə nəm-nüm edirik ki, 15 manata apar. Burada isə 60 AZN. Özümə söz verdim ki, bizim aeroportda sürücü 20 AZN istəsə çıxarıb 25 AZN verəcəyəm. Amma Bakıya çatan kimi fikrimdən vaz keçdim.
Digər məqalələr
Ankarada valyuta dəyişmə
İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm.
Ankarada Nahar
İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm.
Ankara barəsində
Ankara Türkiyənin paytaxtı olmaqla yanaşı ölçüsünə görə İstanbuldan sonra ikinci şəhərdir. 1923-cü ildə Mustafa Kamal Atatürk paytaxtı İstanbuldan bu şəhərə köçürdü.
Aqua Vega akvariumu
Ankarada olarkən Aqua Vega akvariumuna baxmağı mütləq qaydada plana salın. Ələlxüsus da, əgər ailə və uşaqla gedirsinizsə bu sualtı möcüzələrə baxmanız mütləqdir.
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.