Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

Düşüncə maddiyyatı necə idarə edir

Atomlar və boşluqdan başqa heç nə mövcud deyil, qalanları fikirdir.
Demokrit

Kvant fizikası bizin dünya haqqında düşüncələrimizi radikal olaraq dəyişdi. Kvant fizikasına görə biz öz düşüncəmizlə hətta qocalma prosesinə də təsir edə bilərik.

Bu necə mümkün olur?
Kvant fizikasına görə bizim reallıq – bədənimiz, potensial imkanlarımız, və nəhayət Kainat, bizim üçün görmək istədiyimiz kimidir. Amma həqiqətdə bəlkə də belə deyil. Hər an enerji və informasiya sahəsi dəyişməkdə davam edir.

XX əsrdə subatomar hissəciklər və fotonlarla təcrübə zamanı müəyyən edilmişdir ki, eksperimentdə müşahidəçi iştirak edərsə, bu birbaşa eksperimentin nəticəsinə təsir edir. Yəni biz nəyə diqqətimizi cəlb ediriksə gözləntilərimiz birbaşa nəticəyə təsir edir.

Bu təcrübə dəfələrlə aparılsa da hər dəfə nəticə alimləri təəccübləndirib. Təcrübə üçün işıq mənbəyi və iki kəsiyi olan ekran hazırlanıb. İşıq mənbəyi kimi birdəfəlik impuls verən cihaz istifadə edilib. Bunu fotokameralarda istifadə edilən fləş ilə etmək olar. Təcrübə zamanı müşahidəçilər olub. Eksperimentin nəticəsi olaraq ekranın arxasında yerləşdirilmiş fotokağızda 2 şaquli xətt alınıb. Bu ekrandakı kəsiklərdən keçən fotonların izi idi.

Birinci təcrubə Birinci təcrubə

İkinci dəfə eyni təcrübə avtomatik surətdə, yəni heç bir müşahidəçi olmadan keçirilib. Təsəvvür edin ki, cihaz qurulub və müşahidəçilər otağı tərk edib. Sonra uzaqdan idarə ilə işıq mənbəyinə siqnal göndərilib. Bu zaman fotokağızda artıq 2 deyil, bir neçə şaquli xətt alınıb. Bu izlər ekranın kəsiklərindən keçən dalğaların izini xatırladırdı. İşıq həm dalğa, həm də hissəcik xüsusiyyəti göstərir.

İkinci təcrubə İkinci təcrubə

Müşahidəçi olduğu halda işıq hissəcik, olmadığı halda isə dalğa xassəsini göstərmişdi.  Bu fenomen “Müşahidəçi effekti” adlanır. Eyni təcrübə digər hissəciklərdə də eyni nəticə vermişdi. Belə qənaətə gəlmək olar ki, kvant səviyyəsində materiya insanın diqqətinə reaksiya verir. Bu fizikada yeni bir hal idi.

Müasir fizikanın təsəvvürünə görə hər şey boşluqdan alınır. Çünki, molekulları təşkil edən atomlar özləri nüvə (proton və neytron) və elektronlardan ibarətdir ki, bunlar da öz növbəsində 99,999999% boşluqdur.  Bu arada ölməz şairimiz Məhəmmədhüseyn Şəhriyarın “İçi boşla dolan dünya” kəlməsi yada düşür. Adı çəkilən boşluq kvant sahəsi, sıfır sahə və ya matris adlanır. Boşluğun saxladığı enerji materiyaya çevrilir. Materiya konsentrasiyalı enerjidir. Bu XX əsrin ən fundamental ixtirası idi.

Atom daxilində bərk hissəcik yoxdur. Bütün gördüyümüz əşyalar isə atomlardan təşkil olunub. Onda niyə biz daş divardan rahatlıqla keçə bilmirik?. Çünki atomun daxilindəki elektronlar daim hərəkətdədir. Elektron elə sürətlə hərəkət edir ki, sanki eyni anda hər yerdədir. Buna elektron buludu deyilir. Onların yaratdığı bulud bizə atomun dolu olması təəssüratı verir. Materiyanı təşkil edən atomların bu hərəkəti nəticəsində vibrasiya yaranır. Bütün maddi mövcud olan əşyaların vibrasıya tezliyi bir-birinə yaxın olduğu üçün biz divara dirənib dayanırıq.

Hər hansı qarşılıqlı təsir üçün vibrasiya rezonansı olmalıdır. Bunu adicə fənər misalında yoxlamaq olar. Fənəri yandırıb işığını divara salsaq, bu işıq divarın o biri üzünə keçməyəcək. Lakin mobil cıhazın dalğaları, və ya radio dalğalar rahatlıqla daş divarın o biri üzünə keçır. Məsələ tezlik fərqindədir. Elə indicə sizin bədəninizdən çoxsaylı dalğalar keçir. Bu, kosmik şüalar, radio dalğaları, mobil cihazların dalğası, məişət əşyalarının yaratdığı dalğalar və s. ola bilər. Lakin biz onları hiss etmirik. Çünki bu dalğalar bədənimizdə rezonans yaratmır.

Həyat enerji və informasiyadan ibarətdir. Hətta Albert Eynşteyn belə qənaətə gəlmişdi ki, “Kainatda yeganə mövcud olan reallıq, sahədir”. Dalğanı dəniz yaratdığı kimi, materiyanın bütün təzahürləri: orqanızmlər, planetlər, ulduzlar, qalaktika – sahənin məhsuludur.

Kvant fizikasının yaradıcısı Maks Plank isə hər şeyin əsasını qüvvədə görür. O, Nobel mükafatı alarkən öz çıxışında demişdi: “Kainatda yaranan və mövcud olan hər nə varsa qüvvəyə borcludur. Biz inanırıq ki, bu qüvvənin arxasında Ali düşüncə durur. Bu düşüncə bütün maddiyyatın matrisidir.” Matrisin nə olduğunu artıq yuxarıda oxumusunuz. Deməli, yenə gəlib boşluğa çıxırıq.

Düşüncənin materiyanı idarə etməsi

Düşüncənin materiyanı idarə etməsi

XX və XXI əsrlərdə nəzəri fizikada belə fikir yaranıb ki, elementar hissəciklər boşluqdan yaranır və yox olurlar. Alimlər paralel kainatın mövcudluğunu da inkar etmirlər. Ola bilər bu hissəciklər əslində yox olmur, bir təbəqədən (kainatdan) digərinə keçir.

Nəzəri fiziklərin fikrinə görə kainat, bir-birinin içinə taxılmış matryoşka kimidir. Bu fiqurlar paralel dünyalardır və bir-birinə yaxın yerləşənlər çox bənzərdir. Bir təbəqədən digərinə keçmək üçün heç də kosmik gəmi lazım deyil. Amma bunu necə etmək olar, hələ bilmirik. Bircə onu bilirik ki:

Bu kimi fikirlər əslində yeni deyil. Bunların hamısı qədim müdriklərə bəlli imiş. Onlar hiss edirdilər ki, həyatda hər şey enerjidir. Bir çox mistik təlimlərdə fikir və əşya arasında heç bir fərq qoyulmur. Kainat isə fikrə bağlıdır. Enerji diqqətin arxasınca gedir. Fikrimizi nəyin ətrafında cəmləsək o dəyişməyə başlayır. Bu fikirlərə əksər dini kitablarda da rast gəlinir. Quranda belə bir ayə var ki, hər kimsə yaxşılıq etmək istəsə ona savab yazılır. Deməli yaxşılıq olunmasa belə onu istəmək özü artıq mühitə müsbət təsir edir. İncildə isə deyilir ki, əvvəlcə söz olub. Söz isə dilə gətirilmiş fikirdir. Deməli yenə də öncə fikir yaranır. Kriya Yoqa təlimi deyir ki, fikir və onun qorxuya əsaslanan irrasional fəaliyyəti bizim bütün ağrı və iztirablarımızın əsasıdır.

Bizim bədənimiz xarici mühitlə daim dinamik təmasda olan enerji, informasiya və düşüncə sahəsidir. Fikir impulsları bədənimizi hər saniyə dəyişən həyatın tələblərinə uyğunlaşdırır. Kvant fizikasına görə bizim fiziki bədənimiz düşüncəmizin təsiri ilə bir bioloji yaşdan digərinə keçir. Əgər biz illər keçdikcə qocalmağı labüd hesab ediriksə həqiqətdə bədənimiz də qocalacaq. Bunun əksini fikirləşə bilərsinizmi?

Digər məqalələr

Mənfi ölçülü fəza nədir?

Siz həqiqətən də bütün Kainatın bir nöqtədən yaranmasına inanırsınız? Məncə bu sadəcə nöqtə yox, mühitdə bir dəlik olub.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.