Ana səhifə :: Səyahət :: Türkiyə :: Istanbul
Yaranma tarixi:
Türkiyədə ictimai nəqliyyat
Türkiyədə dörd cür ictimai nəqliyyat var:
Avtobus(otobüs) iki növ olur, ictimai və şəxsi-ictimai. İctimai avtobuslar bələdiyyəyə məxsus olub İETT nişanı ilə işarələnirlər. Onlara elə “bələdiyyə otobüsü” də deyirlər. Bu avtobuslara minmədən öncə gərək bilet alasınız. Biletlər isə avtobus dayanacaqlarinda olmur. Onları qəzet kiosklarından əldə etmək olur. Hər kioskda da olmur. Mən bilet almaq üçün yaxındakı Cümhurittət meydanına gedirdim. Ora İETT avtobuslarının son dayanacağı idi. Bilet 1 və 2 dəfəlik olur. Birdəfəlik biletin qiyməti 3 TRY (Yeni Türk Lirəsi), ikidəfəlik biletin qiyməti isə 5 TRY idi. Bir də ictimai nəqliyyat kartları satılır ki, bunu alıb elə həmin kiosklarda doldura bilirsiniz. Biletlər RFID çip ilə təchiz olunub. Avtobusa minən zaman sürücünün yanındakı qurğuya yaxınlaşdırırsınız və keçırsiniz. Əgər bilet olmasa pulu sürücüyə də vermək olar. Bu zaman şürücü sizə öz biletinin verəcək ki, onu qurguya yaxınlaşdirasınız. Bir dəfə hətta pulu salonda oturanlardan birinə verib onun kartı ilə keşəni də gördüm. Bu avtobusların marşrutu haqda məlumatı www.iett.gov.tr saytından ala bilərsiniz. Mən bu sayda gedəcəyim yeri xəritədə nişanlayıb marşrutu, avtobusun nömrəsini və dayanacaqların sayını əvvəlcədən görürdüm. Amma bunun üçün gərək oteldə internetiniz və internetə cıxa biləcəyiniz kompüter və ya mobil qurğunuz olsun. Ümumiyyətlə kompüter və internet sizinlədirsə şox şey daha asan olur.
Bələdiyyə avtobuslarının ən böyük mənfi cəhəti odur ki, gec gəlirlər. Bunu elə son dayanacaqlardakı cədvəllərdən də görmər olar. İki avtobus arasında zaman fərqi cədvəl üzrə 35 dəqiqə olur. Həqiqətdə isə daha çox gözləməli olacaqsınız. Mən özün şənbə günü avtobusu 1 saat gözlədim. Səhər saat 8:00-dan gözləyib 9:00 –da mindim. Bilmədim, bəlkə şənbə olduğuna görə bu elə birinci avtobus idi. Durduğum dayanacaqda cədvəl olmadığından bunu bilə bilmədim. Bazar günü isə bir müddət gözləyib taksi ilə getdim. Avtobus gözləyərkən dayanacaqda durun, dövrəsində gəzişməyin. Əgər avtobus sürücüsü dayanacaqda sərnişin olduğunu görməsə və bu dayanacaqda düşən olmasa, saxlamayacaq.
Avtobusda dayanacaq əvvəlcədən elan olunur və salondakı ekranda göstərilir. Həmçinin növbəti dayanacağın da adı deyilir. Əgər növbəti dayanacaqda düşmək istəyirsinizsə qabaqcadan qapidakı düyməni basmalısıniz. Əgər düyməni basmasanız şofer yalnız qabaq qapını açıb yeni sərnişini mindərəcək. Əgər dayanacaqda heç kim olmasa heç avtobusu da dayandırmayacaq. Ona görə diqqətli olun ki, dayanacağı ötürməyəsiniz.
İstanbulda mərkəzə yaxınlaşdıqca sıxlıq artır. Avtobuslar isə ümumi nəqliyyat yollarından stifadə etdiyindən onlar da bu trafikdə durub gecikirlər. Bunlardan da taksilər məharətlə istifadə edir. Azvtobus gecikdikcə dayanacaq taksilərlə dolmağa başlayır. Bunları vaxtaşırı yol polisi qovlasa da reyddən 2 dəqiqə keçın kimi yenə taksilər dövr edib dayanacağa yan alırlar. Taksi bahadır. Mən bir dəfə sadəcə, getdiyim yolun orta qiymətini soruşdum. 25 TRY dedilər. Taksilərdə sayğac var, dəqiq giymət yolun solunda bilinir. Amma dayanacaqda bir nəfərlə söhbət edəndə, dedi ki, sayğacı istədikləri kimi çevirirlər. Bir də tanımadığın şəhər olduğundan səni daha uzun yolla apara bilir. Yuxarıda yazdıqın kimi, bazar günü avtobus gəlmədiyindən, bir dəfə taksi xidmətindən istifadə etmişəm. Dayanacaqda duran taksilərin birindən qiyməti soruşdum. Dedi 12-15 lirə arası olacaq. Mən bir az da dayanacaqda dayandıqdan sonra sürücü mənə dedi ki, 10 lirəyə də apara bilər. Amma dedi ki, ondan öncə duran şoferdən soruşum, əgər o 10 lirəyə aparmazsa, oturub onunla gedə bilərəm. Mən isə avtobusu gözləyəcəyimi bildirdim. Bir də gördüm şofer özü irəlidəkindən soruşub, “halallığı” alıb. Nə isə 10 lirəyə məni Kennedi prospekti ilə Cevizlik dayanacağından Çatladıkapıya gətirdi. Sayğac söndüyündən əsl qiyməti bilmədim.
Bələdiyyə avtobuslarının hərəsinin öz dayanacağı var. Son dayanacaqlarda hər avtobusun nömrəsi və bütün cədvəli də öz durağında vurulur. Ona görə nə qədər avtobus varsa, son dayanacaqda o qədər də duraq yeri olur. Adi iş günləri və şənbə/bazar günləri qrafik fərqlənir. Onə görə üç cür qrafik vurulur. Biri 1-5-ci günlər üçün, digəri şənbə günü üçün, və bir qrafik də bazar günü üçün.
Şəxsi-ictimai avtobuslar isə şirkətlərə məxsusdur. Bu avtobusların bəzilərində ictimai nəqliyyat kartları ışləyir. Bəzilərində isə nəğd pul ilə hesablaşırlar. Metro və metrobusdan istifadə etmədiyim üçün bu barədə bir məlumatın yoxdur. Metrobus deyəsən bizim əvvəllər tamıdığımız trolleybuslardır.
Tramvaylar daha tez gedir və kifayət qədər müasir dizayna malikdirlər. Bunların dayanacaqları şüşə bölgü ilə yoldan ayrılıb. Ora girərkən biletı qurğuya yaxınlaşdırıb turniketdən keçirsiniz. Qarşı tərəf isə, platforma tərəfi, tramvaya minmək üçün açıqdır.
Əgər bu məlumatdan faydalana bilsəniz şad olardım.
Digər məqalələr
Muzeylər
İstanbulda olarkən Topkapı, Yerebatan Carnıcı, Sultanahmet Camii ve Ayasofya müzesini mütləq ziyarət edin.
İstanbul barəsində
Türkiyəyə turizm. Buradan Türkiyənin maraqlı və gəzməli yerləri barədə informasiya ala bilərsiniz.
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.