Yaranma tarixi:
Nəticə verən başlıqları necə yaratmaq olar?
İnsanlar arasında maarifləndirmə işi əsasən bloqsferanin nailiyyətidir. Burada hər yazar bir az kopirayter, bir az da jurnalistdir. Hər bir kopirayter və jurnalist başlıqların əhəmiyyətini yaxşı bilir.
Buna baxmayaraq, bir çoxları hələ də başlıqların əhəmiyyətini düzgün qiymətləndirmirlər. Ona görə burada daha yaxşı başlıqları yazmaq üçün sizə kömək edə biləcək bəzi fakt və qaydaları veririk.
Yəqin ki, artıq başa düşdünüz ki, söhbət məqalə yazmaqdan gedir. Onda keçək əsas mətləbə.
Başlıqların 50/50 qaydası
Bir çox kopirayterlərin fikri belədir ki, ümumən məqaləyə sərf edilən vaxtın yarısı onun başlığına sərf olunmalıdır. Əgər yazılan məqalə və ya bloq postu sizə və biznesinizə önəmlidirsə başlıq üzərində həqiqətən də güclü işləməlisiniz.
Reklam əfsanəsi Devid Ogilvi başlıqların əhəmiyyətini yaxşı bilirdi, və bilirdi ki, reklamın oxunmasını hərfi mənada başlıq təmin edir. O, avtomobil reklamında öz məşhur başlığını düz 104 dəfə şəkildəyişmə ilə istifadə etmişdi. Bu reklam şüarı belə idi:
“Saatda 60 mil sürətdə sizin eşitdiyiniz yeganə səs, yeni Rolls Royce salonundakı saatının tıqqıltısıdır...”
Bir müddətdən sonra Rolls Royce salondakı saatı da dəyişdi və bu tıqqıltı məsələsi artıq şüardan çıxarıldı.
Digər peşəkar kopirayter bütöv bir həftəni məqalənin ilk 50 sözünə həsr edərdi – bunlar başlıq və birinci paraqraf idi. Çünki bu ilk 50 söz hər bir inandırıcı məqalənin ən vacıb hissəsidir. Bu hissənin yazılması hətta püxtələnmiş jurnalıstlərdən belə kifayət qədər vaxt tələb edir.
Başlıqların 80/20 qaydası
Bəzi statistik faktlara nəzər yetirək.
Təxminən 10 nəfərdən 8-i yalnız məqalənin başlığını oxuyur, və yalnız 2-si mətnə gəlib çatır. Burada başlığın effektivliyinin sirri gizlənir. Məhz başlıq məqalənin qalan hissəsinin oxunacağını müəyyən edir. Başlıq nə qədər gözəl olsa sizin bu orta statistik göstəricini yüksəltmək ehtimalınız o qədər artar.
Yalnız başlıqla iş bitmir. Məqalənin uğurunu təmin etmək üçün yazılan başlığa uyğun kontent və ya təklif olmalıdır. Amma adətən kopirayterlər məhz başlıqda zəiflik göstərirlər. Çünki kontent yazılırsa, deməli onu yazmağa hansısa fikir olur. İdeya olmadan yəqin ki, heç kim boş söz yığınına vaxt sərf etməz.
Güclü başlıq necə yazılır
Məsələyə bir az analitik yanaşaq. Amerika Yazarlar və Sənətçılər birliyinin 4U adlı düsturu var. Bu düstura əsasən başlıq, alt başlıq və bölmələrdə aşağıdakı 4 şərtə əməl olunmalıdır:
- Oxucu üçün əhəmiyyətli olun (USEFUL)
- Onlarda təcililik hissi doğurun (URGENCY)
- Unikal fikirlər çatdırdığınızı aşılayın (UNIQUE)
- Bütün yuxarıdakıları ultra-spesifik şəkildə edin (ULTRA-SPECIFIC)
Kopirayter Kleytom Meykpis tövsiyə edir ki, məqalənin başlığını yazarkən özünüzə bu 6 sualı verəsiniz:
- Sizin başlıq oxucuya hər hansı mükafat təklif edirmi?
- Başlığı maraqlı və inandırıcı etmək üçün ora nə əlavə edə bilərsiniz?
- Sizin başlıq, artıq mövzudan xəbərdar olan oxucuya onu hərəkətə gətirə biləcək emosiya təlqin edə biləcəkmi?
- Başlıqda elə bir təklif varmı ki, insanlar onu oxuyarkən davamlı olaraq başları ilə razılıq bildirsinlər?
- Başlığa sərfəli bir təklif barədə məlumat sala bilərsinizmı?
- Başlığa oxucunu məqalənin içinə cəlb edən intriqa əlavə edə bilərsinizmi?
Bu 6 sualı yuxarıdakı 4U ilə tamamlasanız möhtəşəm başlıqlar yazmaq üçün əla çərçivə əldə etmiş olarsınız. Siz görəcəksiniz ki, bu çərçivəyə uyğun gələn hər bir başlıq bu 8 kateqoriyadan birinə daxildir.
Bu qaydalar işləyir və diqqəti cəlb edir, lakin Sizi məşhur bloqqer edən əsas şərt sizin davamlı səylərinizdir.
Digər məqalələr
İşləyən başliqlar necə olur?
Yaxşı başlıq təkcə diqqəti cəlb etməklə kifayətlənmir. Tutarlı başlıq ünvanlandiği auditoriyaya tam bir mesaj göndərir, onunla ünsiyyət qurur və onu məqalənin daxilinə çəkib aparır.
Kopirayterlər üçün AIDA modeli
AIDA termini 4 ingilis sözünün baş hərflərindən ibarətdir. Attention, Interest, Desire, Action. Mənaları uyğun olaraq diqqət, maraq, istək və hərəkət deməkdir.
Uğurlu məqalənin əsasları
AIDA-nın yunan mifologiyasındakı cəhənnəm allahı Aid ilə heç bir əlaqəsi yoxdur. Bəs AİDA nədir və nə üçün lazımdır? Daha dəqiq desək bununla necə pul qazanmaq olar?
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.