Ana səhifə :: Səyahət :: Türkiyə :: Istanbul
Yaranma tarixi:
Türk mətbəxi

Türk mətbəxi olduqca zəngin və məşhurdur. Məşhur olmasına baxmayaraq kifayət qədər sərfəli qiymətə səhər qəhvəaltısı və ya nahar edə bilərsiniz. Əksər yeməklərin adından nə olduğu bəlli olur. Aşağıda ilk baxışdan çətin anlaşıla bilən bir sıra xörəklərin adlarını açıqlamağa çalışmışam.
Börek – xaşapuriyə bənzəyir, sadəcə forması uzunsovdur
Manti – quru düşbərə
Kumpir – qabıq ilə birlikdə bişmiş kartofu açıb içinə müxtəlif salatlardan doldurulur
Köfte – əvvəlcə elə bildim bu bizim küftədəndir. Sonra gördüm ki, bütün çəkilmiş ətdən bişirmə və qızartmalar küftədir.
İzqara – qızartmalara deyirlər, məsələn izqara köftesi tavada qızardılmış çəkilmiş ətdir. Kotletə bənzətmək olar, soğan qatılır, amma çörək qatılmır.
Digər məqalələr

Muzeylər
İstanbulda olarkən Topkapı, Yerebatan Carnıcı, Sultanahmet Camii ve Ayasofya müzesini mütləq ziyarət edin.

İstanbul barəsində
Türkiyəyə turizm. Buradan Türkiyənin maraqlı və gəzməli yerləri barədə informasiya ala bilərsiniz.

Türkiyədə ictimai nəqliyyat
Türkiyədə ictimai nəqliyyat haqda. Türkiyədə avtobus, tramvay, metro və metrobus işləyir. Bir də şəxsi-ictimai nəqliyyat var.
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.