Ana səhifə :: Səyahət :: Gürcüstan :: Tiflis
Yaranma tarixi:
Tiflis zooparkı


Zooparkın biletləri bu şəkildədir.
Yuxarıda böyük, aşağıda uşaq biletidir.
Zoopark Tiflisdə kifayət qədər geniş ərazini əhatə edir. Zooparkla getmək üçün bir taksi tutduq. Maşın SAMAND markasından idi. Sürücünün dediyinə görə Azərbaycanda yığılmış nüsxə idi. Sürücü bir də onu dedi ki, zooparkı su basdıqdan sonra orada elə bir heyvan qalmayıb. Amma taksı sürücüsü erməniyə oxşadığından sözlərinə elə də əhəmiyyət vermədim.
Böyüklər üçün girişə 2 lari, 13 yaşa qədər uşaqlara görə 1 lari ödəməlisiniz. Girişdə birinci olaraq hovuz və ətrafında qutanları görəcəksiniz. Sonra isə sizi meymunlar, lama, zebra, və s. heyvanlar salamlayacaq. Zoopark daxilində balacalar üçün əlavə əyləncələr də var. Kiçik hovuzda mini-katamaran, yelləncəklər və s.
Bir çox valyer həqiqətən də boş idi. Amma bununla belə baxmalı heyvanlar da az deyildi. Dəvə, at, ulaq və digər ev heyvanları ilə yanaşı zebra, poni, ceyran, dağ keçisi, meymun, vaşaq, ağ şir, fil, bizon, yak, maral, begemot kimi heyvanlar da var idi. Fillərdən biri seyrçilərə son dərəcə maraq göstərirdi. Ona atılan almaları məharətlə tapıb yeyirdi. Bir neçə quş növü də var idi. Onlar diqqətimi cəlb etmədiyindən yadımda qalmadılar.

Zoopark daxilində ayrıca otaqlar var idi ki, burada akvarium balıqları və terrariumda sürünənlər nümayiş edilirdi. Bura da giriş böyüklərə 2 lari, uşaqlara 1 lari idi. Kassanın stolu da akvarium idi, içində də piranı balığı üzürdü. Yəqin bilet almayanlara haqqın yolunu göstərmək üçün.

Zooparkın sonuna çatanda isə tamamilə yanmış tövlələri də gördük. Sürücü düz deyirmiş. Burada nə isə baş vermişdi.
Qayıdan baş mindiyimiz taksi sürücüsü Asetin idi. O danışdı ki, 1,5 il öncə zoopark zonası güclü daşqına məruz qalıb. Əksər heyvanları su aparıb. Ayi balasını binanın ikinci mərtəbəsində kondensionerin üstündə tapdılar, meymunları binalarda tuta bilmirdilər. Ən asan begemotu tutmaq oldu. Böyük olduğuna və aramla yeridiyinə görə onu asanlıqla qovub yük maşınına mindirdilər. Pinqvini Qırmızı Körpüdə Azərbaycan sərhədçiləri tapıb təhvil vermişdilər. Şir bir kiçinin başını qoparmışdı. Ümumiyyətlə 8 şirdən 2-sini tuta bilmişdilər. Qalanlarını vurdular. Canavarları isə şəhərin itlərindən ayırmaq olmurdu. Ona görə xüsusi yaradılmış patrul dəstələri harada it (və ya canavar) görürdülərsə güllə ilə vururdular.
Yəqin ki, boş qalmış valyerlər həmin vurulub itkin düşən heyvanların yeri idi. Bir çox heyvanlar isə tapılandan sonra bu stressdən çıxa bilməyib öldülər. İnsanlar arasında da itkilər odu. Statistikaya görə 22 nəfər bu daşqının qurbanı oldu.
Sürücü daha bir maraqlı əhvalat da danışdı. Şirlər axtarışda olan müddətdə uşaqlar şirin nəriltisini diktofona yazıb şəhərin müxtəlif yerlərində səsləndirməklə camaatın canına qorxu salmışdılar. Bu uşaqları tapıb valideynlərini cəzalandırana qədər şəhər qorxu içində yaşayırdı. Əhalinin bu qorxusundan qazanc əldə edən taksi sürücüləri oldu. Dediyinə görə heç kim piyada gəzmirdi. İki addımlıqda olan metro stansiyasına getməyə 5 lari taksiyə pul verirdilər. Adi günlər 100 lari qazanan sürücülər, həmin günlər 200-250 lari qazanırdı. Bu isə təxminən 100 ABŞ dolları demək idi.
Digər məqalələr

Mtatsminda dağı və dağüstü park
Tiflisdə funikulyor Mtatsminda Parkına qalxır. Mtatsminda sözünün mənası Gürcü dilində müqəddəs dağ deməkdir. Mta – dağ, tsminda isə müqəddəs anlamına gəlir.

Kaxetiyada şərab muzeyi
Kaxetiyada olarkən bir şərab muzeyinə getdik. Bura həm muzey, həm də fəaliyyət göstərən şərab zavodu idi.

Gürcüstan
Gürcüstana sonuncu səyahət zamanı gördüyüm dəyişiklik və yenilikləri bu məqalədə bölüşmüşəm

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat
Gürcüstana ictimai nəqliyyat vahid kart sistemi ilə çalışır. Bu kartın adı Metrokart, qiyməti isə 2 laridir.

Tiflisdə kazinolar
Mən burada olduğum zaman Tiflisdə cəmi 4 kazino işləyirdi. Bir zamanlar onların sayı 18 imiş.

Tiflis
Tiflisdə bütün patrullar avtomat silah gəzdirirdi. Elə bil ki, şəhərdə hərbi vəziyyət idi. Yəqin ərəb turistlərin çox olmasına görə.

Tiflis taksiləri
Tiflisdə yerli taksi şoferləri şəhərin tarixini yaxşı bilirlər. Taksiyə minən kimi özünü bələdçi ilə ekskursiyaya çıxmış kimi hiss edirsən.
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.