Ana səhifə :: Səyahət :: Gürcüstan
Yaranma tarixi:
Kaxetiyada şərab muzeyi

Kaxetiyada olarkən (18 avqust 2016 tarixində) bir şərab muzeyinə getdik. Bura həm muzey, həm də fəaliyyət göstərən şərab sexi (bəlkə də zavodu) idi. Muzeyin girişində üzərində adlar yazılmış çoxlu sayda kirəmit (keramika dam örtüyü) gördük. Bələdçi dedi ki, bura gələnlərə kirəmitdən şaxır içmək təklif olunur. Kirəmitin enli tərəfindən çaxır süzürlər. Dar tərəfindən isə içməlisiniz. Kim içə bilir, adını yazıb həmin kirəmiti qoyur muzeyin girəcəyinə. Sözsüz ki, əksəriyyət rus adları idi. Muzeydəki eksponatlara baxarkən bələdçı Gürcüstanda şərabçılıq tarixindən, Kaxetiyada istehsal olunan şərab növlərindən xeyli danışdı. Kaxetiyadakı çaxır istehsalı mexanızmi Gürcüstanın daha iki yerində, Quriya və Emereti rayonlarında tətbiq edilir. Kaxetiya çaxır istehsalı üsulu 2013-cü ildə YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.
Baxdiğimiz çaxir zavodu və zirzəmisi iki qardaş tərəfindən yaradılmışdı. Burada bizə çaxırın turşuma prosesi getdiyi 1 tonluq çaxır küpləri göstərdilər. Həmin küplərə gürcü dilində kvevri deyilir. Bu cür küpləri istehsal edən xüsusi ustalar var idi. Təsəvvür edin ki, 1 ton həcmində küpü gildən elə düzəltmək lazım idi ki, sınmasın. Hazır küpün içində od qalayıb bişirirdilər. Gildən düzəldilmiş küplərin hamısını yerə basdırırdılar. Ən qədim kvevrinin yaşı 8000 ildir və Şulaveridə tapılıb. Muzeyin döşəməsinin altında 27 işlək kvevri var idi.


Kvevrinin düzəldilmə prosesi
Bizə 180 yaşı olan taxta nov göstərdilər ki, hələ də işlək vəziyyətdə idi. Adına deyəsən satsvaxeli dedilər. Bu novun içərisinə üzüm töküb ayaqla tapdayırlar. Çıxan su nazık taxta kanal ilə kvevriyə tökülür. Kvevrinin daxilində 4 təbəqədə müxtəlif proseslər gedir. Burada müəyyən müddət qalan üzün suyu çaxıra çevrilir. Çaxır kvevrinin ən yuxarı təbəqəsində olur. Buradan çaxırı əvvəllər içi ovulmuş balqabaq ilə çəkərdilər. Balqabaq bir növ balaca qab rolunu oynayardı. Çaxır bu küpdə daha artıq qalarsa sirkəyə çevrilir. Çəkilən çaxır bir neçə dəfə təmizləndikdən sonra süsə qablara süzülür və ağzı möhkəm bağlanır ki, hava çəkməsin. Sonra anbara, sərin yerə böyrü üstə yığılır. Kvevrinin daha alt hissəsindəki xıltını götürüb qaynadır, ondan cecə arağı və təmiz spirt çəkilir. Qalan təbəqələrin nə üçün istifadə olunması yadımda qalmadı. Bilirəm ki, sonunda bir nəfər düşüb kvevrinin divarlarını yaxşıca yuyur ki, mövsümə hazır olsun.

180 yaşı olan taxta nov

Muzeydə təndir də gördük. Gürcülər ona toni deyir. Bizim təndirdən fərqi odur ki, kənarı palçıqla hörüldükdən sonra taxtalar ilə üzlük vurulur. Bu da təndiri kənardan çəlləyə bənzədir. Yəqin ki, bu çəllək istiliyi kənara verməmək üçün edilir ki, çörək yapan istidən əziyyət çəkməsin.
Sonda şərabların müxtəlif növlərinin dadına baxmaq təklif edildi. Biz də 20 lariyə 2lt tutumu olan plastik qabda Kindzmarauli və 35 lariyə 1lt tutumlu şüşə qabda Saperavi aldıq. Zavodun meneceri Eldar (sonra məlum oldu ki, menecerin nənəsi Azərbaycanlıdır) bizə başa saldı ki, plastik qabdakı Kindzmarauli açıldıqdan sonra gərək soyuducuda saxlansın. Yoxsa hava ilə reaksiyaya girib çürümə prosesi davam edəcək və şərab turşumağa başlayacaq. Həmin Kindzmarauli şüşə qablarda 1lt həcmində 25 lariyə satılırdı. Saperavi isə ümumiyyətlə plastik qabda satılmır. Dedilər ki, onu birbaşa şüşə qaba süzüb möhürləməsək turşuma prosesi davam edəcək və şərab sirkəyə çevrilər.
Digər məqalələr

Mtatsminda dağı və dağüstü park
Tiflisdə funikulyor Mtatsminda Parkına qalxır. Mtatsminda sözünün mənası Gürcü dilində müqəddəs dağ deməkdir. Mta – dağ, tsminda isə müqəddəs anlamına gəlir.

Tiflis zooparkı
Tiflis Zooparkı kifayət qədər geniş ərazini əhatə edir. Böyüklər üçün bilet 2 lari, 13 yaşa qədər uşaqlara isə 1 laridir.

Gürcüstan
Gürcüstana sonuncu səyahət zamanı gördüyüm dəyişiklik və yenilikləri bu məqalədə bölüşmüşəm

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat
Gürcüstana ictimai nəqliyyat vahid kart sistemi ilə çalışır. Bu kartın adı Metrokart, qiyməti isə 2 laridir.

Tiflisdə kazinolar
Mən burada olduğum zaman Tiflisdə cəmi 4 kazino işləyirdi. Bir zamanlar onların sayı 18 imiş.

Tiflis
Tiflisdə bütün patrullar avtomat silah gəzdirirdi. Elə bil ki, şəhərdə hərbi vəziyyət idi. Yəqin ərəb turistlərin çox olmasına görə.

Tiflis taksiləri
Tiflisdə yerli taksi şoferləri şəhərin tarixini yaxşı bilirlər. Taksiyə minən kimi özünü bələdçi ilə ekskursiyaya çıxmış kimi hiss edirsən.
© Müəllif hüquqları qorunur
Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.