Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat

Tiflis metrosu

Əvvəla onu deyim ki, Gürcüstanın pul vahidi Laridir. Larinin 100-dən bir hissəsinə Tetri deyilir. 1 və 2 tetriləri istifadədə görmədim. 5, 10, 20 və 50 tetrini pulun qalığı kimi qaytarırlar.

Mən olduğum dövrdə (avqust, 2016-cı il) manat qiymətdən düşmüşdü. 1 ABŞ dolları 1.7 AZN dəyərinə yaxınlaşırdı. Ona görə əvvəllər ucuz sayılan Gürcüstanı daha alış-veriş üçün sərfəli hesab etmək olmazdı. Biz 7 böyük və 1 uşaq üçün restoranda nahar edərkən spirtli içkilər daxil olmadan (aramızda içən yox idi) mərkəzdən kənar bölgələrdə (Siqnaxi və Telavi) 100 lari, Tiflisdə isə 130 lari hesab verdik. Bu isə həmin vaxt 100 AZN demək idi (1 AZN= 1.3 Lari).

Bir necə qiyməti müqayisə üçün verirəm. Supermarketdə qazsız Bakuriani suyu  500ml üçün 40 tetri qiymətinə satılır. Həmin su Tiflisin Qədim şəhər hissəsində küçədə 1 lari, restoranlarda isə 2 lariyə, yəni ilkin qiymətdən 5 dəfə baha, satılır. Spirtsiz Kvas içkisi Sovet dönəmini görənlərin xatirində yəqin ki, qalıb. Həmin içki indi də Gürcüstanda satılır. Alıb içdim və həmin uşaqlıq dadını bir daha hiss etdim. Eynilə həmin Kvas idi. Onun qiyməti kiçik stəkan üçün 30 tetri, böyük stəkan üçün 50 tetri idi.

Tiflis

İctimai nəqliyyat vahid kart sistemi ilə çalışır. Polikarbonat kartın öz qiyməti 2 laridir. Adına Metromoney deyirlər. Bunu bütün kassalardan əldə edib, orada da doldurmaq mümkündür. Həmin kart ilə Gürcüstan metrosunda bir gediş haqqı 50 tetridir. Avtobusdan istifadə etməsəm də kassanın qarşısında vurulan istifadə qaydalarından oxudum ki, orada da qiymət eyni 50 tetridir. Tiflisdə dağa qalxmaq üçün kanat yolu var. Burada isə bir tərəfə gediş haqqı 1 larıdır. Metro və ya avtobusa minərkən 1.5 saat (90 dəqiqə) ərzinə növbəti marşrut üçün pul tutulmur. Bu cür şərt hər gün işə və ya dərsə gedərkən iki və daha artıq marşrut dəyişəm insanlar üçün əlbəttə ki, çox sərfəlidır. Lakin bu endirim sistemi  kanat yoluna şamil edilmir. Yəqin ona görə ki, bu nəqliyyat vasitəsilə heç bir yerli sakin işə getmir. Bunu yalnız turistlər istifadə edir. Adı çəkilən Metromoney nəqliyyat kartını geri verib 2 larınızı və hesabda qalan pulunuzu ala bilərsiniz. Amma bunun üçün kartı alan zaman sizə verilən çeki də təqdim etməlisiniz. Ola bilər ki, pasportunuzu da soruşsunlar. Metromoney kartın görünüşü belədir.

Metromoney kartın üz tərəfi Metromoney kartın arxa tərəfi
Metromoney kartın üz və arxa tərəfləri

Dağüstü parka Funikulyor ilə də qalxmaq olur. Vaqonlara minmək üçün xüsusi kart lazımdır. Burada Metromoney keçərli deyil. Gediş haqqı bir tərəfə 2 laridir.

Taksı qiyməti mərkəzdə 3-5 lari arasında dəyişir. Bu barədə ətraflı Tiflis taksiləri bölməsində yazmışam.

Digər məqalələr

Mtatsminda dağı və dağüstü park

Tiflisdə funikulyor Mtatsminda Parkına qalxır. Mtatsminda sözünün mənası Gürcü dilində müqəddəs dağ deməkdir. Mta – dağ, tsminda isə müqəddəs anlamına gəlir.

Kaxetiyada şərab muzeyi

Kaxetiyada olarkən bir şərab muzeyinə getdik. Bura həm muzey, həm də fəaliyyət göstərən şərab zavodu idi.

Tiflis zooparkı

Tiflis Zooparkı kifayət qədər geniş ərazini əhatə edir. Böyüklər üçün bilet 2 lari, 13 yaşa qədər uşaqlara isə 1 laridir.

Gürcüstan

Gürcüstana sonuncu səyahət zamanı gördüyüm dəyişiklik və yenilikləri bu məqalədə bölüşmüşəm

Tiflisdə kazinolar

Mən burada olduğum zaman Tiflisdə cəmi 4 kazino işləyirdi. Bir zamanlar onların sayı 18 imiş.

Tiflis

Tiflisdə bütün patrullar avtomat silah gəzdirirdi. Elə bil ki, şəhərdə hərbi vəziyyət idi. Yəqin ərəb turistlərin çox olmasına görə.

Tiflis taksiləri

Tiflisdə yerli taksi şoferləri şəhərin tarixini yaxşı bilirlər. Taksiyə minən kimi özünü bələdçi ilə ekskursiyaya çıxmış kimi hiss edirsən.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.