Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

Oksigen sensoru

Avtomobillərdə hava/yanacaq (AFR) qarışığına nəzarət edən qurğu oksigen sensorudur. Buna lyambda-zond da deyirlər. Lyambda-zond yanma kamerasina nə qədər hava və yanacaq daxil olacağına qərar verir. Mühərrikin həm normal dövrlərdə, həm də maksimal yük altında işlədiyi zaman bu sensorun göstəricisi son dərəcə əhəmiyyətlidir.

Oksigen sensoru

Benzinin tam yanması üçün hava/yanacaq nisbəti 14.7 hissə hava üçün 1 hissə benzin müəyyən edilib. Bu göstəricidən azca sapınma nəqliyyatın işində özünü ciddi büruzə verir. Bu nisbətə (14.7/1) stoxiometrik , yəni ideal göstərici deyilir. Əgər ideal qarışıq alınmazsa bort-kompüter “varlı” yanacaq qarışığı verir. “Varlı” qarışıq benzinin artıq sərfinə səbəb olsa belə, bütün hallarda daha təhlükəsizdir. Bunun əski olan “kasıb” qarışıq isə mühərrikin qızmasına və detonasiyaya səbəb olur və mühərrikə düşən yük artır. Aşağıdakı cədvələ nəzər salaq. Burada AFR göstəricisinin nəqliyyatın dinamikasına təsiri göstərilib.

AFR λ Nəticə
14.7:1 1 ideal hal
12.8:1 0.87 torkun* azacıq artması
12.2:1 0.83 torkun orta artması
11.76:1 0.8 torkun çox artması
11:1 0.75 yanacaq silindrdə çox tez yanır

*tork və ya fırlanma momenti dirsəkvari valın fırlanma gücünü göstərir və H·m (J coul) ilə ölçülür.
M=[r*F]; M – tork, F – qüvvə, r – radius

Lyambda-zondun göstəriciləri: Cədvəldə λ göstəricilərinə nəzər salaq. Stoxiometrik göstərici 1-ə bərabərdir. Havanın miqdarı dəyişdikcə bu miqdarı ideal haldakı havaya bölüb λ göstəricisini alırıq. Məsələn, hava 12.8 pay olduqda 12.8/14.7 = 0.87 alırıq. Məhz bu göstəriciyə əsaslanıb bort-kompüter onu stoxiometrik göstəriciyə, yəni 1-ə yaxınlaşdırmağa çalışır və hava və yanacaq miqdarını idarə edən qurğunun işinə dəyişiklik edilir.

 Oksigen sensorunun növləri

İki növ oksigen sensoru var: darzolaqlı və genişzolaqlı.

Darzolaqlı oksigen sensoru

Əksər istehsalçılar tərəfindən darzolaqlı sensor istifadə edilir. Bu cür sensor AFR nisbətini çox dar sərhəd daxilində hesablaya bilir. Adətən belə sensor λ-nın qiymətini yalnız havanın 14.2–15.0 sərhəddində düzgün hesablaya bilir. Qarışığın nisbəti bu sərhəddən kənara çıxarsa, avtomobilin bort-kompüteri gösriciləri nəzərə almayacaq. Ekstremal şəraitdə də avtomobilin yanacaq sistemi darzolaqlı oksigen sensoruna məhəl qoymur. Buna misal olaraq mühərrikin yüksək gərginlikdə işləməsi, dik yoxuşa qalxması və ya qaz pedalının tam basılması halını göstərmək olar. Belə hallarda hava/yanacaq nisbəti darzolaqlı λ-zondin işləmə sərhəddindən kənara çıxır.

Bu sensorun məqsədi normal istismar şəraitində benzin sərfiyyatını və təbiətə xaric edilən zəhərli qazların miqdarını minimuma endirməkdir. Normal işləmə şəraiti deyərkən avtomobilin şossedə orta sürətlə (70-100 km/s) hərəkəti nəzərdə tutulur.

Yuxarıdakı cədvəldən görünür ki, əksər hallarda AFR göstəricisi dar sərhəddən kənara çıxır.  Bu da darzolaqlı oksigen sensorunun rolunu minimuma endirir. Ona görə bu sensor genişzolaqlı sensor ilə birgə istifadə olunur.

Genişzolaqlı oksigen sensoru

Bu sensorun işçi sərhəddi daha geniş olub 7.35-dən 22.39-a qədər dəyişir. Məhz genişzolaqlı sensorun göstəricisi sayəsində istənilən şəraitdə avtomobilin bort-kompüteri hava/yanacaq nisbətini “düzəltməyə” çalışır. Bu nisbəti 14.2:1–15.0:1 sərhəddinə salmaq mümkün olduqda, yanacaq sistemi “bilir” ki, avtomobil normal şəraitdə işləyir. Bundan sonra darzolaqlı λ-zondun göstəriciləri daha dəqiq qarışıq almağa kömək edir.

Digər məqalələr

Katalizator barəsində

Məqalə katalizatorun avtomobil və ətraf mühit (ekologiya) üçün vacib rolunu izah edir. Həmçinin katalizatorun xarab olması səbəbləri və onun diaqnostikasını necə həyata keçirməyi izah edir. Katalizator tutularkən və ya daxilindəki pətəklər sınarkən avtomobildə nə müşahidə olunmasını bilmək istəyirsinizsə, bu məqaləni oxuyun.

Yanacaq sərfiyyatının artma səbəbləri

Yanacaq sərfiyyatının artmasında həm texniki amillərin və nasazlığın, həm də sürmə tərzi, yol səthinin vəziyyəti, yanacağın keyfiyyəti, havanın temperaturu və aşıq pəncərə ilə sürmə kimi qeyri-texniki amillərin rolu var.

Avtomobilin yanacaq sərfiyyatını necə yoxlamalı?

Avtomatın vurduğu yanacağın miqdarını birinci doldurmadan sonra gedilən yola bölüb 100-ə vururuq. Bu da bizim avtomobilin şəhər (və ya şose) rejimində 100km-də işlətdiyi yanacağın miqdarını göstərəcək.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.