Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

Katalizator barəsində

Katalizatorun daxili

Avtomobildə katalizator zəhərli qazların qarşısını almaq üçün istifadə edilir. Onun içərisində üzərində xırda sanları olan xüsusi filtr var. Katalizator bu pətəyə bənzər filtrin köməyi ilə dəm qazını (CO), benzin buxarını (HC) və azot oksidlərini (NOx) insan üçün zərərsiz olan su (H2O), karbon qazı (CO2) və azota (N2) çevirir. Əgər fikir vermisinizsə, bəzən avtomobilin avtomobilin çıxış borusundan su axır. Bu yalnız temperatur fərqindən yaranan kondensat deyil, həm də katalizatorun neytrallaşdırıcı funksiyasıdır.

Adı çəkilən neytrallaşdırıcı funksiyanı yerinə yetirmək üçün gərək katalizator kifayət qədər qızsın. Ümumiyyətlə 350°C-650°C katalizatorun işçi temperaturudur. Bəzi modellərdə bu temperatur daha yüksəkdir. Məhz belə yüksək temperaturlarda neytrallaşdırıcı filtrin üzərində yanıb qalmış his tamamilə toza çevrilib hava ilə xaric edilir. Bu yolla katalizatorun regenerasiyası baş verir. Bəzi avtomobillərdə bu prosesi tezləşdirmək üçün hətta sistemə əlavə yanacaq verilir.

Normalda katalizatorun resursu 250 min km-ə qədərdir. Avtomobil daim şəhərdə, qısa məsafələrə sürülərsə, bu resurs 100-150min km-ə qədər azalır. Çünki katalizator yetərincə qızmır və regenerasiya prosesi getmir. Bir də keyfiyyətsiz yanacaq və yanacaq sistemindəki nasazlıq bu resursu xeyli azaldır. Burada şamların düzgün və sinxron işləməsi və injektorun vaxtında və qədərində benzin verməsi xüsusilə əhəmiyyətlidir. Çünki tam yanmayan yanacaq katalizatorda yanıb qurtaracaq. Vay o gündən ki, avtomobilin mühərriki “yağ yeyər”. Çünki silindrlərdə yanmış yağ sonda katalizatorun neytrallaşdırıcı pətəyinə çöküb şanlarını tutacaq.

Neytrallaşdırıcı katalizator tutulduqda işlənmiş qazlar normal xaric edilə bilmir və nəticədə əks təzyiq yaranır ki, bu da mühərrikin daha çox qizmasına, yanacaq sərfiyyatının artmasına, və hətta yanacağın yağlama sisteminə daxil olmasına səbəb olur. Bu da dolayısı ilə mühərrikin sıradan çıxmasına səbəb olur.

Katalizatorun ömrünü azaldan digər səbəb temperaturlar fərqidir. Avtomobil dərin nohura girərsə qızmış katalizator soyuq su ilə təmasda olur ki, bu da neytrallaşdırıcı pətəyin çatlayıb tökülməsinə səbəb olur. Avtomobilin altı yerə bərk dəyərkən də (xüsusilə alçaq klirensli avtomobillərdə) katalizatorun içi tökülə bilər.

Katalizatorun tutulması əlamətləri

Bu səhv ümumiyyətlə  yanacaq sistemində nasazlıq olarkən də çıxır. Mənim Jeep Compass avtomobilimdə ilk dəfə 6000 km yürüşdən sonra bu işıq yandı. Sadəcə olaraq 2-3 dəfə “Günəş Petrol” yanacaqdoldurma məntəqəsindən yanacaq vurmuşdum. İnjektoru yudurtduqdan sonra işıq özü-özlüyündə söndü. Yəni problem aradan qalxarsa müəyyən yürüşdən sonra əksər avtomobillərdə bort-kompüter özü bu işığı söndürəcək. Bunu diaqnostika edən qurğu ilə də söndürmək olar. Problemi tapıb düzəltməsəniz “Check engine” işığını söndürməyin mənası yoxdur. Onsuz da yenə yanacaq.

İkinci dəfə bu işıq 65,000km-dən sonra yandı. Bu dəfə də şamları dəyişərkən elektrik ustası şamların üçünü bir, birini digər müqavimətli şam bağlamışdı. Bu barədə Şamlar haqqında yazarkən ətraflı danışmışam. Nə isə. Sözüm ondadır ki, bütün problemləri aradan qaldırdıqdan sonra belə “Check engine” paneldən silinib getmirsə və vaxtaşırı çıxırsa, deməli artıq katalizatoru yoxlamaq lazımdır.

Katalizatoru necə yoxlamalı?

Neytrallaşdırıcının xarab olduğuna əmin olmadan dəyişməyin. Çünki onun qiyməti elə də ucuz deyil. Mənim avtomobilimdə (Jeep Compass Limited) onun qiyməti hazırda (məqalə yazılan vaxt) 500 AZN təşkil edir. Yoxlamaq üçün aşağıdakı sxemi təklif edirəm:

Katalizatorun görünüşü

Digər məqalələr

Yanacaq sərfiyyatının artma səbəbləri

Yanacaq sərfiyyatının artmasında həm texniki amillərin və nasazlığın, həm də sürmə tərzi, yol səthinin vəziyyəti, yanacağın keyfiyyəti, havanın temperaturu və aşıq pəncərə ilə sürmə kimi qeyri-texniki amillərin rolu var.

Avtomobilin yanacaq sərfiyyatını necə yoxlamalı?

Avtomatın vurduğu yanacağın miqdarını birinci doldurmadan sonra gedilən yola bölüb 100-ə vururuq. Bu da bizim avtomobilin şəhər (və ya şose) rejimində 100km-də işlətdiyi yanacağın miqdarını göstərəcək.

Oksigen sensoru

Benzinin tam yanması üçün hava/yanacaq nisbəti 14.7 hissə hava üçün 1 hissə benzin müəyyən edilib. Bu nisbətə (14.7/1) stoxiometrik, yəni ideal göstərici deyilir. Əgər ideal qarışıq alınmazsa bort-kompüter “varlı” yanacaq qarışığı verir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.