Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955
20234

Yaranma tarixi:

Əşyaların İnterneti

İnternetin nə olduğu və bu gün internetin həyatımızdakı rolu haqda danışmağa yəqin ki, ehtiyac yoxdur. İnternet deyəndə böyük əksəriyyət internetin insanlar üçün yaradıldığını düşünür. Yəni insan-kompüter münasibətlərinin əsasında qurulduğu güman edilir. Əslində isə əşyalar da internetdən istifadə edə bilər. Gəlin bir az da bu barədə danışaq.

Əşyaların interneti nədir?

Əşyaların interneti (ingiliscə Internet of Things və ya qısa olaraq IoT) elə bir mühitdir ki, burada obyektlər, fərq etməz insan və ya heyvan olsun, hər biri unikal identifikatora malik olub məlumatı şəbəkə üzərindən göndərə bilirlər. Bu məlumat mübadiləsi üçün heç bir insan-insan və ya insan-kompüter münasibətlərinə ehtiyac yoxdur. Əşyaların interneti simsiz texnologiyaların, mikro-elektron sistemlərin və internetin bir araya gətirilməsi ilə yaradılır. Ona görə bu konsepsiyaya hər şeyin interneti adını vermək olar.

Əşyaların İnternetində əşya insanın ürəyinə qoşulmuş kardiostimulyator və ya ürək monitoru, fermadakı heyvanata qoşulan və ötürücü rolunu oynayan bioloji çip, sensorlarla  və bort kompüterlə təchiz olunmuş nəqliyyat vasitəsi, və ya hər hansı insan əli ilə yaradılıb IP ünvanı olan və məlumatı şəbəkə üzərindən ötürə bilən qurğudur. Beləliklə əşyaların interneti anlayışı daha çox qurğu-qurğu kommunikasiyasından ibarətdir. Bu cür münasibətlər enerji, neft və qaz istehsalı zamanı geniş tətbiq olunur. Daxili qurğu-qurğu münasibətlərinə malik olan məhsullar smart (və ya ağıllı) məhsullar adlanır.

Şeylərin İnterneti

Əşyaların interneti bizə nə verir?

IPv6 ünvanlar məkanının yaradılması əşyaların internetində böyük bir addım oldu. Özünü "Kompüter Tarixi Muzeyində təsadüfi dosent" adlandırılan Stiv Leybsonun fikrincə ünvanlar məkanının belə genişlənməsi bizə yerin səthində olan hər bir atoma unikal ünvan mənimsətmək imkanı yaradır. Bununla belə 100 belə yer kürəsinə də ünvan qalacaq. Başqa sözlə, insanlar asanlıqla hər bir “əşyaya” IP ünvan təyin edə bilər. Smart qovşaqlarının sayının artması, eləcə də bu qovşaqların yaratdığı böyük həcmli kommunikasiya, məlumatların təhlükəsizliyi sahəsində yeni konsepsiya yaradılmasını tələb edir.

MİT Avto-İD mərkəzinin təsisçisi və icraçı direktoru Kevin Eşton ilk dəfə olaraq 1999-cu ildə Procter&Gamble şirkəti üçün təqdimat edərkən əşyaların interneti terminini işlədib. Bu təqdimatda Kevin Eşton əşyaların internetinin potensialını belə izah etmişdi:

“Bu gün kompüterlər, və ümumilikdə internet demək olar ki, tamamilə insan varlığının malik olduğu informasiya əsasında yaradılıb. Yəni internetdə olan təxminən 50 petabayt informasiya (1999-cu ilə olan məlumata görə)  ilkin olaraq kimlərsə tərəfindən yığılıb, skanlaşdırılıb, çəkilib və rəqəmsal formata gətirilib.

Problem isə odur ki, insanlar məhdud zamana, diqqət və dəqiqliyə malikdir. Bu isə o deməkdir ki, həyatda olan informasiyanı insan əli ilə rəqəmsal hala gətirmək məqsədəuyğun deyil. Əgər bizim konkret sahədə və bu sahənin əşyaları barəsində biliklərə malik kompüterlərimiz olsa, onlar bizin köməyimiz olmadan lazımi məlumatları toplayıb daha dəqiq və vaxt itkisi olmadan bizim istifadəmizə verə bilərlər. Biz isə bu məlumatların əsasında hansı əşyanın xarab olması və ya köhnəlib yenisi ilə əvəz olunması barədə vaxtında qərar verə bilərik.”

Bu konsepsiyaya 1999-cu ilə qədər ad qoyulmasa da əşyaların interneti ideyası üzərində on illərlə iş gedirdi. İlk internet qurğu Karnegi Melon Universitetində 1980-ci ildə yaradılmış Kola maşını idi. Proqramçılar internet vasitəsilə bu qurğuya qoşulub onun statusunu yoxlaya və hazırda onun içindəki kolanın soyuq olub-olmaması barədə məlumatı ala bilirdilər. Bu da onlara nə vaxt Kola maşınına yaxınlaşıb oradan soyuq içkini götürə biləcəklərini bildirirdı.

Digər məqalələr

Требования к интернет-магазину

В этой статье я старался описать в общих чертах необходимые требования для создания интернет-магазина. Данная концепция может послужить наброском для написания подробного технического задания.

Социальные сети, как средство для "вычисления" людей

Как нужно себя вести в сети, чтобы потом не жалеть. В сатье раскрываются темные, но важные стороны социальных сетей.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.