Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955

Bu teq üzrə məqalələr: 'ədədlər'

Natural ədədlərin vuruqlara ayrılması

Əgər ədədin böləni sadə ədəddirsə, ona “sadə bölən” deyilir. Məsələn, 12 ədədinin 2 və 3 kimi sadə bölənləri var. İstənilən mürəkkəb natural ədədi onun sadə bölənlərinin qüvvətlərinin hasili şəklində göstərmək olar.

Natural ədədlər

Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. 1, 2, 3, ... ədədlərinin hamısı natural ədədlərdir. Bu ədədləri müsbət tam ədədlər də adlandırırlar. Sıfır (0) isə natural ədəd deyil.

Kəsr ədədlər

Kəsr ədədləri müqayisə etmək üçün onları ümumi məxrəcə gətirib surətlərini müqayisə etmək lazımdır. Hansı kəsrin surəti böyükdürsə, həmin kəsr böyükdür. Əgər məxrəcləri eyniləşdirmək daha çox hesablama tələb edirsə, surətləri bərabərləşdirməyə çalışın.

Sadə və mürəkkəb ədədlər

Yalnız 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. 1 özü sadə ədəd sayılmır. Sadə ədədlərin başqa adı əsli ədədlərdir. 1-dən böyük olub sadə olmayan ədədlərə mürəkkəb ədədlər deyilir.

Mənfi ədədlər

3+5=8 olduğunu “alma” misalında başa salmaq asandır. Bəs (-3)+(-5)=(-8) və ya (-3)+5=2 olduğunu necə başa düşək və kiçik bacı-qardaşlarımıza necə başa salaq. Bu halda bizə almadan daha “güclü” misal lazımdır.

Ədədin qüvvəti

Əgər ədədi özü-özünə dəfələrlə vururuqsa bunu işarə etmək üçün daha qısa yazılış növü var. Belə ki, $5$ ədədini $4$ dəfə özü-özünə vurmaq üçün $5^4$ yazılışı var. Bu yazılışda $5$ ədədi əsas, $4$ isə qüvvət üstüdür.