Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Digər məqalələr :: Avtomobil


Yaranma tarixi:

Avtomobilin yanacaq sərfiyyatını necə yoxlamalı?

Yanacaq sərfiyyatı

Müasir avtomobillərdə yanacaq sərfiyyatını kompüter hesablayıb sürücü üçün ekrana çıxarır. Əksər avtomobillərdə həm sutkalıq, həm ani, həm də ortalama göstəricini görmək olar. Amma, əgər həqiqi yanacaq sərfiyyatını hesablamaq istəyiriksə, bunu empirik metodla etməliyik. Bunun üçün:

  • Yanacaq çənini yanacaq doldurma məntəqəsində tam doldururuq. Yəni tapança atana qədər vururuq. Tapança atandan sonra daha vurmuruq
  • Yanacaq doldurma məntəqəsində hansı avtomatdan vurduğumuzu yadımızda saxlayırıq
  • Nəqliyyat vasitəsində ümumi və sutkalıq gedilən məsafələrin göstəriciləri olur. Ümumi göstərici oxumaq üçündür. Bunu dəyişə bilmərik. Sutkalıq göstəricini isə “sıfırlamaq” olur. Yanacağı dolduran kimi yola düşməzdən öncə bu sutkalıq göstəricini “sıfırlayırıq”. Əgər sizin avtomobiliniz köhnə modeldirsə yalnız ümumi göstərici olacaq. Bu halda həmin göstəricini telefonunuza və ya bir kağıza qeyd edin
  • Bundan sonra hansı tip yürüşdə sərfiyyatı ölçmək istəyiriksə, nəqliyyatı o yerdə sürürük. Əgər bizi şəhər rejimi maraqlandırırsa şəhərdə, avtomagistral maraqlandırırsa orada sürürük. 100km-lik yolda sərfiyyatı bilmək üçün 100km sürmək vacib deyil. Amma nə qədər çox sürsək göstərici bir o qədər həqiqətə yaxın olar
  • Müəyyən qədər sürdükdən sonra yenə həmin yanacaq doldurma məntəqəsinə gedib həmin avtomatın eyni tapançası ilə çən dolana qədər, yəni tapança atana qədər, yanacaq vururuq. Yaxşı olar ki, birinci dəfə də, ikinci dəfə də tapança eyni sürətlə, aşağı sürətlə, vursun
  • Avtomatın vurduğu yanacağın miqdarını birinci doldurmadan sonra gedilən yola bölüb 100-ə vururuq. Bu da bizim avtomobilin şəhər (və ya şose) rejimində 100km-də işlətdiyi yanacağın miqdarını göstərəcək.

Sərfiyyat = (Yanacaq / Gedilən yol) × 100

Məsələn: Tutaq ki, siz yanacaq vurduqdan sonra 75km yol gedib yenidən yanacaq doldurma məntəqəsinə çatırıq. Eyni tapança 9 litr yanacaq vurduqdan sonra atır. Onda sərfiyyat

(9 / 75)×100 = 0.12×100 = 12 Lt

Deməli bizim nəqliyyat sürülən yol rejimində (şəhər, şose və ya qarışıq yolda) 100km yola 12Lt yanacaq “yandırır”.

Digər məqalələr

Katalizator barəsində
Məqalə katalizatorun avtomobil və ətraf mühit (ekologiya) üçün vacib rolunu izah edir. Həmçinin katalizatorun xarab olması səbəbləri və onun diaqnostikasını necə həyata keçirməyi izah edir. Katalizator tutularkən və ya daxilindəki pətəklər sınarkən avtomobildə nə müşahidə olunmasını bilmək istəyirsinizsə, bu məqaləni oxuyun.

Yanacaq sərfiyyatının artma səbəbləri
Yanacaq sərfiyyatının artmasında həm texniki amillərin və nasazlığın, həm də sürmə tərzi, yol səthinin vəziyyəti, yanacağın keyfiyyəti, havanın temperaturu və aşıq pəncərə ilə sürmə kimi qeyri-texniki amillərin rolu var.

Oksigen sensoru
Benzinin tam yanması üçün hava/yanacaq nisbəti 14.7 hissə hava üçün 1 hissə benzin müəyyən edilib. Bu nisbətə (14.7/1) stoxiometrik, yəni ideal göstərici deyilir. Əgər ideal qarışıq alınmazsa bort-kompüter “varlı” yanacaq qarışığı verir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.