Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Səyahət


Yaranma tarixi:


Istanbul

İstanbul barəsində

Burada, Türkiyənin İstanbul şəhərinə birinci dəfə səfər edən turistlər üçün, öz təcrübəm əsasında əldə etdiyim bir sıra faydalı məlumatlar yazılıb. Əgər siz tarixi yerləri və muzeyləri gəzməyi xoşlayırsinizsa, onda bu məlumatdan yararlana bilərsiniz. Əgər səfərinizin məqsədi sadəcə alış-verişdirsə, yenə də bu səhifə sizə köməkçi ola bilər. Bu zaman birbaşa valyutaalış-veriş bölməsinə keçin.

Əvvəlcə onu qeyd edim ki, mən hara getməyimdən asılı olmayaraq, ilk olaraq qaldığım yerin və mərkəzin xəritəsini axtarıram. Bu xəritə nə qədər informativ olsa piyada gəzmək üçün bir o qədər faydalı olur. Burada da əvvəlcə kitab mağazaları və kırtasiyeləri (dəftərxana malları mağazası) gəzib istədiyim xəritəni tapdım. Onu da deyim ki, çox axtarmalı oldum, çünki əksər xəritələr avtomagistralları əks etdirirdi. Xırda küçələr isə yox idi. Xüsusilə mənim qaldığım Bakırköy deyilən yerin xəritəsini tapmaq asan olmadı.

Əksər muzeylər mərkəzdə, Tarixi Yarımada deyilən yerdə yerləşir. Topqapı sarayı, Sultanahmet Camisi, Ayasofya Müzesi, Arxeoloji muzeylər, Türk İslam elmi muzeyi (Gülhane parkında), Yerəbatan Sarnıcı muzeyi və sairə museylər İstanbulum bu hissəsində yerləşir. Bu yerlər xarici turistlərlə dolu olduğundan burada bütün qiymətlər bahadır. Yeniçəkilmiş meyvə şirəsi başqa yerlərdə 2 TRY olduğu halda, burada 3 TRY qiymətinə, Topqapı muzeyinin daxili həyətində isə 8 TRY-yə satılır. Bir banka ice tea isə bu yerlərdə 5 TRY-dır.

İndi isə sizi maraqlandıran mövzunu sol tərəfdəki menyuda tıklayın.

Digər məqalələr

Türkiyədə ictimai nəqliyyat
Türkiyədə ictimai nəqliyyat haqda. Türkiyədə avtobus, tramvay, metro və metrobus işləyir. Bir də şəxsi-ictimai nəqliyyat var.

Türk mətbəxi
Türkiyənin mətbəxi olduqca zəngin və məşhurdur. Bir neçə təamın mənasını açıqlayaq...

Muzeylər
İstanbulda olarkən Topkapı, Yerebatan Carnıcı, Sultanahmet Camii ve Ayasofya müzesini mütləq ziyarət edin.

Valyuta
Türkiyənin daxili valtytası haqda. Türkiyənin pulu Yeni Türk Lirəsidir (TRY).

Alış-veriş
İstanbul Türkiyənin ticarət aə böyük mərkəzidir. İstanbul böyük bir bazara bənzəyir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.