Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201943

Yaranma tarixi:

Xorvat suvenirləri

Xorvatiya

Xorvatiya, sən demə, qalstukun vətənidir. Qalstukun adı Krovat da elə Xorvat sözünün dəyişmiş formasıdır. Türklər indi də qalstuku ilkin adı ilə adlandırırlar. Tarixçəsi isə belə olub. Əsgərlikdə olanlar bilir ki, əsgərlərin köynəyinin boyun və qol hissələrinə içəridən ağ parça tikilir ki, bu da vaxtaşırı sökülüb yuyulmalıdır. Bu gigiyena qaydası təkcə bizdə və keçmiş Sovet ordusunda deyil, əksər millətlərdə tətbiq olunur. Xorvat döyüşçüləri isə boyunlarına altdan yaylıq bağlayırdılar. Bu yaylığı yuyub yenidən bağlamaq daha asan idi. Həmin yaylıqları Fransalılar görüb adına əvvəlcə Croates (yəni Xorvatlarınkı) deyiblər, sonra isə digər Avropa dövlətlərinə keçdikcə söz dəyişib olub "cravats". İndiki günümüzdə qalstukun forma və tətbiq sahəsi bir qədər dəyişsə də adı bir o qədər də dəyişməyib.

Xorvatiya bir də mexaniki (yəni dığırcaqlı) qələmin vətənidir. Bu qələmi xorvat Slavoljub Penkala kəşf etdiyindən adına da indiyə qədər əksər dillərdə (İspan, İtalyan, İngilis) pen sözü ilə bağlıdır.

Digər məqalələr

Xorvatiya barəsində

Xorvtiyada yay məzuniyyəti. Buradan Xorvatiya haqda turistlərə lazım ola biləcək maraqlı məlumatlar ala bilərsiniz.

Korçula

Korçula Xorvativada eyni adlı adada yerləşən şəhərdir. Bura məşhur səyyah Marko Polonun vətənidir.

"Qağayı" kişilər

Xorvatiya qalstukun vətənidir. Qalstuka ilk dəfə Xorvat ordusunda rast gəlinib. Buna görə də qalstuka Kravat deyilir. Bir də dığırcaqlı qələm burda kəşf edilib.

Dubrovnik

Dubrovnik Cənubi Dalmatiyanın mərkəzidir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.