Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955

Yaranma tarixi:

Aqua Vega akvariumu

Aqua Vega

Ankarada olarkən Aqua Vega akvariumuna baxmağı mütləq qaydada plana salın. Ələlxüsus da, əgər ailə və uşaqla gedirsinizsə bu sualtı möcüzələrə baxmanız mütləqdir. Şəhərdən uzaq da olsa bir gün planlaşdırıb gedin. Aqua Vega iki hissədən ibarətdir. Bir hissədə Akvarium, digərində terrarium yerləşir. Akvariumun tunel hissəsi xüsusilə heyranedicidir. Siz süsə tunel ilə hərəkət edirsiniz. Başınızın üstündən köpək balıqları və skatlar üzüb keçır. Kim Dubayda olubsa, nə dediyimi yaxşı başa düşəcək.

Şəkillər şüşənin arxasından və zəif işıqda telefon ilə çəkildiyindən fokus dəqiq alınmayıb.

Dori Sualtı möcüzə Aqua Vega Aqua Vega

Çıxışda bir dəniz suvenir mağazası da var. Burada həmin mövzuda müxtəlif suvenirlər əldə edə bilərsiniz. Burada dəniz duzundan sabun da satırlar.

Aqua Vega video görüntüləri


Digər məqalələr

Ankara taksiləri

Ankarada bütün taksilər taksometr ilə işləyir. Bu şəhərdə olduğum müddətdə bir dənə də “xaltura” edən taksi görmədim.

Ankarada valyuta dəyişmə

İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm.

Ankara barəsində

Ankara Türkiyənin paytaxtı olmaqla yanaşı ölçüsünə görə İstanbuldan sonra ikinci şəhərdir. 1923-cü ildə Mustafa Kamal Atatürk paytaxtı İstanbuldan bu şəhərə köçürdü.

Ankarada Nahar

İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.