Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201955

Yaranma tarixi:

Ankarada Nahar

Ticarət mərkəzi

Nahar üçün bütün böyük ticarət mərkəzlərində yerləşən kafelərə gedə bilərsiniz. Mənin yaxınlığımda olan bir-ikisi barədə yaza bilərəm. Elə Armada TM daxilində və iki binanın arasındakı küçədə xeyli kafe var.

Kafe və ya restorana gedərkən əvvəl bayırda otururdum. Sonra sağımda və solumda oturanların hamısının siqaret tüstülədiyini görəndə başladım restoran daxilində yeməyə. Nəzərə alın ki, Ankarada hamı (qadınlı kişili) siqaret çəkir. Əgər Siz də mənim kim “çəkən” deyilsinizsə küçədə oturub yeməyin. Kafe daxilində siqaret çəkməyə icazə verilmir. Bayırda otursanız bütün tüstünü də yeməklə qeyri-ixtiyarı “həzm etməli” olacaqsınız.

Birinci dəfə Welldone restoranına getdim. Ora getməyi məsləhət görmürəm. Menyuda olanların əksəriyyəti yox idi. Menyuda cürbəcür suplar olsa da, ofisiant hazırda heç bir supun olmadığı barədə məlumat verdi. Sonda iki nəfərə 2 lazanya və 2 dovğa götürdük və 85 lirə (o zaman üçün 43 AZN) hesab verməli olduq.

MADO kafesində normal qiymətə nahar edə bilərsiniz. Dəqiq qiyməti indi xatırlaya bilməsəm də, yadımdadır ki, salat və amlet üçün baha olmayan bir məbləğ ödədik. Kafenin Wi-Fi parolu o zaman “mado2017” idi. Ola bilər parol ildən asılı olaraq dəyişir. Siz oralarda yaxınlıqda olsanız yoxlaya bilərsiniz.

Elə həmin küçədə olan Downtown kafesi də yaxşı sayıla bilər. Burada da Wi-Fi var. Burada bir sup və bir balıq üçün normal qiymət ödədik. Bir də Kitchenette kafesi xoşuma gəldi.

Bir dəfə də AnkaMall ticarət mərkəzi daxilində Pideköy restoranında 4 variantda qarışıq pide götürdük. Bu pide, iki ayran və iki suya verilən məbləğ də baha olmadı. Amma burada Wi-Fi yox idi.

Digər məqalələr

Ankara taksiləri

Ankarada bütün taksilər taksometr ilə işləyir. Bu şəhərdə olduğum müddətdə bir dənə də “xaltura” edən taksi görmədim.

Ankarada valyuta dəyişmə

İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm.

Ankara barəsində

Ankara Türkiyənin paytaxtı olmaqla yanaşı ölçüsünə görə İstanbuldan sonra ikinci şəhərdir. 1923-cü ildə Mustafa Kamal Atatürk paytaxtı İstanbuldan bu şəhərə köçürdü.

Aqua Vega akvariumu

Ankarada olarkən Aqua Vega akvariumuna baxmağı mütləq qaydada plana salın. Ələlxüsus da, əgər ailə və uşaqla gedirsinizsə bu sualtı möcüzələrə baxmanız mütləqdir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.