Naviqator


Arxiv

201139
201230
201312
20151
201633
201755
201865
201943

Yaranma tarixi:

Ankarada valyuta dəyişmə

Döviz
Məqalədə adı çəkilən həmin sərfəli döviz

Pul dəyişmə məntəqəsinə (exchange) Türk dilində döviz deyirlər. Mən qaldığım yer Söyütözü adlanırdı. Əvvəlki gəlişimdə burada olarkən mənə ən sərfəli döviz kimi Balqat məhəlləsində yerləşən məntəqəni nişan vermişdilər. Düzdür, ayaq ilə xeyli yol getsəm də, həqiqətən çox sərfəli kurs ilə Avro və Dolları məhz həmin dövizdə  xırdalaya bildim. Məbləğə də heç bir məhdudiyət yox idi.

İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm. İlk dəfə Ankaraya gələndə Armada ticarət mərkəzi daxilində INGBANK deyilən bir bank var idi. Bu bankda pul dəyişmək üçün növbə gözləməli və pasport təqdim etməli idiniz. Həm də bir dəfəyə ən çoxu 200$ xırdalaya bilərdiniz.

Amma 2017-ci ildə gedərkən artıq bu bank yox idi və pulu İş Bankasında xırdalamalı oldum. Kurs bir qədər sərfəli olmasa da məcbur olub burada xırdlayırdım.  Bununla belə sonuncu dəfə xırdalamaq istəyəndə dedilər bankda nağd pul yoxdur. Təsəvvür edin! Bankda para bitmiş. Elektron kartlar o qədər geniş yayılıb ki, hətta bankda belə nağd pul bəzən olmur. Məsləhət görülən iki kvartal yuxarıda yerləşən TEB (Türkiyə Ekonomik Bankası) deyilən banka yollandım. Gedib çatanda məlum oldu ki, bu bankda ümumiyyətlə puldəyişmə məntəqəsi yoxdur.

Alış-veriş mərkəzlərində də xarici valyutanı (söhbət yalnız Dollar və Avrodan gedir) çox mağazalar qəbul etmir. Qəbul etsə də, çox zaman pulun qalığını Türk Lirəsi ilə qaytara bilmir. Yuxarıda qeyd etdiyim kimi alış-veriş qeyri-nağd pulla aparıldığı üçün mağazalar da pulun qalığını verməyə əziyyət çəkir. Amma bir çıxış yolu var. Ticarət mərkəzlərində yerləşən qızıl mağazaları əksər halda sizin üçün pulu xırdalaya biləcək. Sözsüz ki, bankdan daha ucuz qiymətə. Amma əlacsız qalsanız bu da vəziyyətdən çıxış yoludur.

Digər məqalələr

Ankara taksiləri

Ankarada bütün taksilər taksometr ilə işləyir. Bu şəhərdə olduğum müddətdə bir dənə də “xaltura” edən taksi görmədim.

Ankara barəsində

Ankara Türkiyənin paytaxtı olmaqla yanaşı ölçüsünə görə İstanbuldan sonra ikinci şəhərdir. 1923-cü ildə Mustafa Kamal Atatürk paytaxtı İstanbuldan bu şəhərə köçürdü.

Ankarada Nahar

İstanbuldan fərqli olaraq Ankarada pul dəyişmək (türkcə para bozdurmak) bir qədər çətindir. Ona görə, əgər birinci dəfə Ankaraya gedirsinizsə, özünüz ilə az da olsa Türk lirəsi götürməyi tövsiyə edirəm.

Aqua Vega akvariumu

Ankarada olarkən Aqua Vega akvariumuna baxmağı mütləq qaydada plana salın. Ələlxüsus da, əgər ailə və uşaqla gedirsinizsə bu sualtı möcüzələrə baxmanız mütləqdir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.