Cəfər Əliyevin bloqu

Arxiv

Yaranma tarixi:

Fotoqrafiyada Subyekt və Obyekt anlayışları

Fotoqrafiyada çəkilən şəklin əsas elementi subyekt, onu əhatə edənlər isə obyekt adlanır. Bu şəkildə subyekt olan sağdakı gül fokusdadır.

Gülün üstünə oturmüş kəpənəyi çəkiriksə, kəpənək subyekt, gül obyektdir. Portret çəkərkən fon obyektdir. Obyektlər ölçülərinə görə subyektdən böyük də ola bilər. Ona görə subyekti əhatə edən obyektlərdən ayırmaq üçün onu fokusa yerləşdirirlər, yəni çalışırlar ki, subyekt dəqıq fəza daxilində olsun. Ola bilər ki, bir adamı kütlədən ayırıb qeyd etmək lazımdır. Bu zaman ondan öndə və arxada olan adamların hamısı fokusdan xaric edilir, yalnız o özü dəqiq fəzaya yerləşdirilir. Bu cür seçmə uzun fokuslu obyektivlərin köməyilə həyata keçırılır. Çünki uzun fokuslu obyektivlər fonu daha yaxşı yayır.

Subyekt və obyektə fəlsəfi və ya dilçilik baxımından yanaşsaq, obyekt, üzərində əməliyyat edilən, yəni əməliyyata məruz qalan element, subyekt isə bu əməliyyatı yerinə yetirəndir. Bu yanaşma fotoqrafiyada həmin anlayışlarla bağlı mübahisə doğurur. Belə bir fikir mövcüddür ki, çəkilən şəkildə ümumiyyətlə subyekt yoxdur. fokusda olan da, fonu yaradan elementlər də hamısı obyektlərdir. Fotoaparat isə obyektləri çəkdiyinə görə onun linzasına obyektiv deyirlər. Subyekt isə həmişə fotoaparat və ya foroqrafın özüdür.

Amma nəzəri cəhətdən əsas elementi ayırmaq üçün ədəbiyyatda həmişə ona subyekt, ikinci dərcəli elementlərə isə obyekt deyilir, ona görə siz də bu qaydanı əsas tutun.

Terminlər: subyekt, obyekt, dəqiq fəza

© Jafar N.Aliyev (Jsoft)

13 May, 2013

Digər məqalələr

Photography tips
This page holds some power tips for beginners and even advanced amateurs.

Yayılma dairəsi (Кружок нерезкости, кружок рассеяния)
Bu dairə göz tərəfindən nöqtə kimi qəbul edilən ən kiçik diametrli dairədir...

Fotoqrafiyada yayılma haqqında
Fotoqrafiyada yayılma heş də həmişə arzuolunmaz deyil və onun rolu fokusun rolu qədər vacibdir. Yayılmanın aşağıdakı növləri var

Fotoqrafiyanın əsasları
Fotoqrafiyanın əsasını apertura, çəkim sürəti və ISO sürət təşkil edir...

Photography
This page holds articles on photography theory and technical acpects.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.