Cəfər Əliyevin bloqu

Arxiv

Yaranma tarixi:

Son düzəliş: 12 Noyabr, 2016

Yayılma dairəsi (Кружок нерезкости, кружок рассеяния)

Bu dairə göz tərəfindən nöqtə kimi qəbul edilən ən kiçik diametrli dairədir. Bu minimal sərhəddir ki, bundan böyük diametrlı “fırça” ilə “çəkilmiş” şəkil göz tərəfindən yayılmış kimi qəbul edilir. Fotoqrafiyada həmin fırça rolunu işıq oynayır.

Gəlin nəzəri olaraq bu diametri hesablayaq. Normal insan gözünün görmə gücünün bucaq ölçüsü 50 saniyədir. Bu bucağı kobud olaraq 60 saniyə, yəni 1 dəqiqə qəbul edək. Bu sabitdir və məsafədən asılı deyil. Bu bucağın məsafədən asılı olaraq cızdığı dairəni gözümüz həmin məsafədə nöqtə kimi qəbul edəcək.

Normal gözün ən yaxşı görmə məsafəsi isə 25-30cm-dir. İndi bu məsafədən 1 dəqiqə bucaqla baxarkən alınan dairənin diametrini hesablayaq.

Bucaq çox kiçik olduğu üçün alınan üçbucağın oturacaq bucaqlarının istənilən birini 90 dərəcə qəbul etmək olar. Onda 30cm tərəfinə həm böyük katet, həm də hipotenuz kimi baxa bilərik. Əgər katet kimi baxsaq, axtardığımız oturacağın bu katetə nisbəti 1 dəqiqəlik bucağın tangensi olacaq. Hipotenuz kimi baxsaq bu nisbət həmin bucağın sinusu olacaq. Yəni,
sin(1’) = d/300mm

Buradan alırıq: d = sin (1’)*300 = 0.00029*300 ≈ 0.09
Əgər 25sm üçün hesablasaq d = 0.00029*250 ≈ 0.07 alarıq

Yəni bu məsafədən gözün nöqtə kimi qəbul etdiyi dairənin diametri 0.07-0.09 mm arasındadır.

Bunu başqa cür də hesablamaq olar. 180 dərəcəlik bucağın cızdığı qövs πr-dir. Onda 1’- lik bucaq
πr/(180*60) = (3.14*300)/(180*60) = 942/10800 ≈ 0.09mm qövs cızacaq.

Kompüter monitorları, ofset çapı və əlbəttə ki, fotoqrafiya bu ölçüyə əsaslanır.
Poliqrafik keyfiyyət 300 dpi-dan başlayır. Yəni 1 düymə 300 nöqtə.
1düym=25.4mm.
25.4/300 = 0.085mm
yəni həmin diapazona düşür.

İlk monitorlar 72dpi ilə buraxılırdı. Müasir monitorlar isə 250dpi və daha yüksək dəqiqliyə malikdir.
25.4/250=0.1016mm.
Bu monitorun üstündəki pikselin diametridir. Deməli bu cür monitora
0.01026/0.00029 = 350mm
35cm məsafədən baxsaq üzərindəki pikseli 1 nöqtə kimi görəcəyik.

İndi fotoaparat üçün bu ekvivalenti hesablayaq.
İlk kiçik lentli fotoaparatlarda lentin bir kadrı 24X36mm ölçüdə idi. Tam ölçülü rəqəmsal aparatlarda da matrisin ölçüləri belədir.
Qəbul edək ki, şəkli 10X15cm ölçüdə çap edəcəyik. Bu ölçülər matrisin ölçülərindəm təqribən 4 dəfə böyükdür. Onda sensorun üzərindəki dairənin maksimal diametri 0.09/4=0.0225mm olsa obyekt fokusda kimi qəbul ediləcək. Geniş yayılmış rəqəmsal aparatların matrislərinin ölçüləri isə tam ölçüdən 1.5 dəfə kiçikdir. Bu sensorlara APSc ölçülü sensorlar deyilir. Onda bu sensorlarda yayılma dairəsinin diametri daha kiçik, yəni 0.0225/1.5 = 0.015mm olmalıdır.

Termin: yayılma dairəsi (rusca кружок нерезкости, ingiliscə: point of confusion)

© Jafar N.Aliyev (Jsoft)

Digər məqalələr

Fotoqrafiyada Subyekt və Obyekt anlayışları
Fotoqrafiyada çəkilən əsas element 'subyekt', onu əhatə edənlər isə 'obyekt' adlanır. Subyekti həmişə dəqiq fəzanin sərhədləri daxilində saxlamağa çalışırlar...

Photography tips
This page holds some power tips for beginners and even advanced amateurs.

Fotoqrafiyada yayılma haqqında
Fotoqrafiyada yayılma heş də həmişə arzuolunmaz deyil və onun rolu fokusun rolu qədər vacibdir. Yayılmanın aşağıdakı növləri var

Fotoqrafiyanın əsasları
Fotoqrafiyanın əsasını apertura, çəkim sürəti və ISO sürət təşkil edir...

Photography
This page holds articles on photography theory and technical acpects.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.