Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Digər məqalələr


Yaranma tarixi:

Kopirayterlər üçün AIDA modeli

Real həyatımızın artıq bütün sahələrini internetin əhatə etdiyi bir dövrdə kopirayterlərə tələbat gündən-günə artır. Elə məqalə yazanlar da artmaqdadır. Amma gəlin baxaq görək bütün məqalələri maraqla oxuyurlarmı. Əlbəttə ki, yox. Maraqlı yazılar, oxuyucunun diqqətini cəlb edib məqaləni sonuna qədər oxumağa vadar edən kopirayterlər azdır.

Bu kopirayterləri digər yazarlardan fərqləndirən nədir?

Əvvəla deyim ki, istənilən məqaləni yazmaq üçün müəyyən şablon olmalıdır. Bu barədə ətraflı digər məqalədə yazmışam. Ona görə onun üzərində dayanmayacağam. Sadəcə deyim ki, velosiped icad etməyin zamanı çoxdan keçib. Dayanıqlı modelləri tətbiq etmək, lazım olduqda bir az dəyişdirmək kifayət edər.

Bu yazımda sizə marketinqdə çoxdan məlum olan AIDA modelinin kopiraytinqdə istifadəsi barədə danışmaq istəyirəm. AIDA barədə "AIDA nədir?" məqaləsində oxuya bilərsiniz. Onu da deyım ki, bu model reklam mətnləri üçün istifadə olunur. Yəni elmi və ya tarixi məqalələrdə aydındır ki, bu mexanızm keçərli deyil. AIDA mexanizmı oxuyucunu potensial alıcıya çevirmək üçün reklam məqalələri (satan məqalələr) yazmaq üsulunu öyrədir.

AIDA termini 4 ingilis sözünün baş hərflərindən ibarətdir. Attention, Interest, Desire, Action. Mənaları uyğun olaraq diqqət, maraq, istək və hərəkət deməkdir. Marketinqdə attention əvəzinə awareness, yəni maarifləndirmə işlədilir. Burada isə diqqət daha məqsədəuyğundur.

AIDA

Məqalənin AIDA modeli üzərində qurulması

Diqqət

 AIDA mexanizmınə görə sayta təsadüfi düşən oxucunun diqqətini maksimum yazıya cəlb etmək lazımdır. Bunun üçün 1 saniyə vaxtınız var. Ona görə bu rolu yalnız məqalənin adi yerinə yetirə bilər. Çünki onun şrifti və ölçüsü buna imkan verir və ilk olaraq gözə məqalənin başliğı sataşır.

Bunun üçün “İsti xəbər”, “Maraqlı faktlar” və bu kimi diqqəti cəlb edən başlıqlar istifadə olunur. Çox zaman məqalənin başlığı sual ilə başlayır, “Necə ... ” kimi başliqlara internet məqalələrdə yəqin ki tez-tez rast gəlirsiniz. Çox zaman başlıqda endirim, %, sərfəli kimi kəlmələrə rast gəlirik. Başlıq uzun olmamalıdır.

Maraq

Sonra oxucunu “qızışdırmaq” lazımdır. Məqalənin hələ başlanğıcıdır. Oxuyucu marağını artırmasaq başqa bir şəklə və ya yazıya klikləyib məqaləni oxumadan mövzudan uzaqlaşacaq. Burada biz təqdim olunan məhsulun müsbət cəhətlərini sadalamalıyıq.

İstək

Mətnin qaçaraq oxunması və məhsulu almaq istəyi başqa-başqa şeylərdir. Məqalənin izahat hissəsi almaq həvəsini oyatmağa xidmət etməlidir. Siz artıq yuxarıdakı bənddə oxuyucunun diqqətini cəlb etdiniz. İndi bu diqqəti yayındırmaq sadəcə olaraq “günahdır”. Ona görə bu hissədə məhsul barədə aydın dəqiq məlumatlar verilməlidir.

Əgər digər alıcıların bu barədə müsbət fikirləri varsa yaxşi olar video çarx şəklində təqdim edəsiniz. Məqalə belə video ilə müşayiət olunarsa oxuyucunu yormaz. Burada ifrata varmaq lazım deyil. Fikirləri qiza və konkret şəkildə ifadə etməyə çalışın.

Yaxşı olar ki, məhsula qisa müddətli endirimin mövcud olduğu barədə məlumat verəsiniz. Çox vaxt hətta burada elektron saat da yerləşdirilir. Məqaləni oxuyarkən saatın əksinə işləyib endirim vaxtının necə qısaldığını istifadəçisi görsə bu da sizin xeyrinizədir.

Hərəkət

AIDA reklam modeli sizə oxuyucunu alışa sövq edəcək qədər yüksək bacarığı öyrədir. Əgər oxuyucu (internet istifadəçisi) bu yerə gəlib çatıbsa, deməli sizin məqalə məhsul barədə yetərincə ona müsbət təəssürat bağışlayıb. O artıq sizin müştərinizə çevrilməyə hazırdır.

Burada onu konkret hərəkətə gətirəcək təklif lazımdır. Məsələn: “İndicə saytda qeydiyyatdan keçib endirim kuponu əldə edin ...” kimi çağırış son dərəcə effektivdir. İstifadəçiyə alış mexanizmi son dərəcə aydın izah edilməlidir. Onun üçün qaranlıq heç bir məqam qalmamalıdır.

AIDA reklam modeli çox illər əvvəl yaradılıb, ona görə bu modelin çoxlu şəkildəyişmələri mövcuddur. Bəzi sxemlərdə bu dörd bənddən başqa onların alt bəndləri də var. “Məmnunluq” bəndi buna misal ola bilər. Yəni alışdan sonra müştəri ilə əlaqə saxlamaq və onda başqa bir məhsula maraq oyatmaq. Amma kopirayterlərin elə bu 4 bəndə əməl etməsi, düşünürəm kifayət edər.

Məqaləni, sosial şəbəkə düymələrinə basmaqla paylaşsanız sizə minnətdar olaram.

Digər məqalələr

Nəticə verən başlıqları necə yaratmaq olar?
Bir çox kopirayterlər hesab edir ki, məqaləyə sərf edilən vaxtın 50%-i başlığın yaradilmasına sərf olunmalıdır. Təxminən 10 nəfərdən 8-i yalnız məqalənin başlığını oxuyur, və yalnız 2-si mətə maraq göstərir.

İşləyən başliqlar necə olur?
Yaxşı başlıq təkcə diqqəti cəlb etməklə kifayətlənmir. Tutarlı başlıq ünvanlandiği auditoriyaya tam bir mesaj göndərir, onunla ünsiyyət qurur və onu məqalənin daxilinə çəkib aparır.

Uğurlu məqalənin əsasları
AIDA-nın yunan mifologiyasındakı cəhənnəm allahı Aid ilə heç bir əlaqəsi yoxdur. Bəs AİDA nədir və nə üçün lazımdır? Daha dəqiq desək bununla necə pul qazanmaq olar?

AIDA nədir və kimlərə lazımdır?
AIDA-nın yunan mifologiyasındakı cəhənnəm allahı Aid ilə heç bir əlaqəsi yoxdur. Bəs AİDA nədir və nə üçün lazımdır? Daha dəqiq desək bununla necə pul qazanmaq olar?

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.