Cəfər Əliyevin bloqu

Arxiv

Ana səhifə :: Digər məqalələr


Yaranma tarixi:

Əlif-Lam-Mim

Qur'ani Kərimdə bir sıra ayələr var ki, onların mənası yalnız allaha məlumdur. Bu cür ayələrə mütəşabih ayələr deyilir. 29 surə bu cür ayələrlə başlayır. Bunlardan ən cox rast gələni Əlif-Lam-Mim ayəsidir. Mütəşabih ayələri hər kəs bir cürə izah edir. Əlif Lam Mim barədə eşidib oxuduğum bir sıra izahları yazıb sonda öz hipotezimi açıqlayacağam.

Versiyaların biri budur ki, Əlif - Allaha, Lam - Cəbraila, Mim isə Mühəmməd (s.a.s.) peyğəmbərə işarədir. Yəni bu Qur'ani Kərim Allah tərəfindəm Cəbrail vasitəsilə Mühəmmədə (s.a.s.) göndərilmişdir.

Digər versiyaya görə, Allah surələrin əvvəlinə adi ərəb hərflərini əlavə etməklə insanlara başa salmaq istəyir ki, Quran onların danışdıqları adi hərflərdən təşkil olunub.

Tədqiqatçıların bir hissəsi isə bu fikirdədir ki, Allah-təala insanların diqqətini özünə cəlb etmək üçün surələrin əvvəlində bu hərfləri işlədib. Biz söhbətə başlayarkən "deməli", "bax", və.s. kimi sözlər işlədən kimi.

İndi isə öz versiyamı yazıb açıqlamağa çalışacağam. Məncə Əlif Lam Mim hərflərinın yaratdığı səsə diqqət yetirmək lazımdır. Bu ardığıllıq ALM və ya OLM səsini verir. Allah kainatı bircə söz ilə yaratdı. Bu söz OL da ola bilər. OL və OLM oxşarlıq var. İndi isə buddistlərin meditasiya zamanı qulaq asdıqları səsi yadımıza salaq. Bu səs də uzadılmış OMmm... və ya OLMmm... səsidir. Bəkə elə həqiqətən də Allah bu sədaların altında kainatı yaradıb.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.