The blog of Jafar Aliyev

Archive

All articles of February-2019

All articles, issued in February-2019 sorted by publishing date.

01 February, 2019 - Triqonometrik funksiyaların çevrilmə qaydaları
Əgər triqonometrik funksiyanın arqumenti özündə $n \dfrac {\pi}{2}$ saxlayırsa, yəni bucaq $n \dfrac {\pi}{2} + \alpha$ və ya $n \dfrac {\pi}{2}-\alpha$ şəklində göstərilibsə onda $n$-in tək və cütlüyündən asılı olaraq iki hal mümkündür. Əgər $n$ tək ədəddirsə, onda $n \dfrac {\pi}{2}$-ni arqumentdən götürüb funksiyanı onun "konfunksiyasına" çevirə bilərik.

03 February, 2019 - Kəsr ədədlər
Kəsr ədədləri müqayisə etmək üçün onları ümumi məxrəcə gətirib surətlərini müqayisə etmək lazımdır. Hansı kəsrin surəti böyükdürsə, həmin kəsr böyükdür. Əgər məxrəcləri eyniləşdirmək daha çox hesablama tələb edirsə, surətləri bərabərləşdirməyə çalışın.

05 February, 2019 - Bretşnayder teoremi
Bretşnayder teoreminə bəzi mənbələrdə Bretşnayder münasibəti də deyilir. Əslində bu teoremi dördbucaqlı üçün kosinuslar teoremi adlandırmaq olar. Həmin teoremin isbatını bu məqalədə oxuya bilərsiniz.

10 February, 2019 - Karno düsturu
İtibucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzindən onun tərəflərinə qədər olan məsafələrin cəmi, həmin üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin radiusları cəminə bərabərdir. Bu düstur Fransız riyazıyyatçısı, hərbi mühəndis və dövlət xadimi, Lazar Karnonun adı ilə bağlıdır.

15 February, 2019 - Üçbucaq daxilinə çəkilmiş kvadrat
Əgər kvadratın tərəfi üçbucağın bir tərəfində yerləşib digər iki təpəsi üçbucağın digər tərəfləri üzərindədirsə bu kvadrat üçbucaq daxilinə çəkilmiş kvadrat adlanır. Üçbucaq daxilinə çəkilmiş kvadratın tərəfi bu üçbucağın oturacağı ilə hündürlüyü hasilinin, həmin oturacaq ilə həmin hündürlük cəminə nisbətinə bərabərdir.

18 February, 2019 - Oxşar fiqurlar
Əgər iki fiqur bir-birindən oxşarlıq çevrilməsi ilə alınarsa, onlara oxşar fiqurlar deyilir. Əgər F fiquru F' fiquruna, F' fiquru isə F" fiquruna oxşardırsa, ona F fiquru da F" fiquruna oxşardır.

18 February, 2019 - Oxşarlıq çevrilməsinin xassələri
Əgər A, B, C nöqtələri bir düz xətt üzərindədirsə, oxşarlıq çevrilməsi zamanı alınan A', B', C' nöqtələri də bir düz xətt üzərində olacaq. B nöqtəsi A və C arasındadırsa, B' də A' və C' arasında olacaq. Oxşarlıq çevrilməsi zamanı düz xətt düz xəttə, şüa şüaya, parça isə parçaya keçir.

18 February, 2019 - Oxşarlıq çevrilməsi
F fiqurunun F’ fiquruna çevrilməsi zamanı nöqtələr arasındakı məsafə eyni nisbətdə dəyişərsə bu çevrilmə oxşarlıq çevrilməsi adlanır. Homotetiya oxşarlıq çevrilməsidir.